Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İnflyasiyanın yüksəlməsi tətikləyici rol oynayır" - Video
"İnflyasiyanın yüksəlməsi tətikləyici rol oynayır" - Video

Məşhur iqtisadçı Milton Fridmen qeyd edirdi ki, inflyasiya iqtisadi fenomendir. Yəni o həmişə və hər yerdə var. Bazar iqtisadiyyatında, inflyasiyasız bazar iqtisadiyyatını, kapitalizmi təsəvvür etmək mümkün deyil. İnflyasiya birinci növbədə stimuldur. Müəyyən mənada satıcılara, sahibkarlara satış bizneslərini genişləndirmək üçün stimul yaradır.

Bu barədə Bizimyol.info xəbər portalına iqtisadçı Pünhan Musayev danışıb. O, qeyd edib ki, əmək haqqı inflyasiyası işçilərə əlavə bir stimuldur. Yəni bu baxımdan bazar iqtisadiyyatını inflyasiyasız təsəvvür edə bilmərik. Dünya ölkələrində əsasən qabaqcıl ölkələrin hədəflədiyi kimi 2 faiz səviyyəsində inflyasiya müəyyən məqamda iqdisadiyyatı canlandırmaq üçün bir məntiq rolunu oynayır. Ancaq bu son 1 ildə inflyasiyanın yüksəlməsi bazar iqtisadiyyatı üçün, dünya iqtisadiyyatı üçün bir tətikləyici bir rol oynayır. Son 3 il ərzində bütün iqtisadi dəyişikliklərin kökündə dayanan “Covid 19” pandemiyası idi.

Pünhan Musayev Pünhan Musayev

“Covid 19” tədarük zəncirlərini zədələdi. Yəni sadə dildə desək, məhsul istehsalı və məhsuldarlıq azaldı”-deyən iqtisadçının fikrincə, son bir ildə Rusiya-Ukrayna müharibəsi də bu məsələni bir qədər qıcıqlandırıb. Rusiyaya tətbiq olunan sanksiyalar dünya ölkələri arasında bloklaşmalar və onun gətirdiyi müəyyən qırılmalar, yenə də zədələnmiş tədarük zəncirini daha pis vəziyyətə gətirib çıxardı. Tələbin artması fonunda təklif tələbə uyğun olmadığına görə, inflyasiya artıq inkişaf etmiş ölkələrdə 40 ilin rekordunu qırdı.

Təsəvvür edin ki, Amerika Birləşmiş Ştatlarında uzun illər 2 faiz səviyyəsində, 2 faizdən aşağı qeydə alınan inflyasiya ötən ilin sonlarına yaxın 9 faiz həddinə keçmişdi və yaxud Avropada, Yaponiyada əksər hallarda deflyasiya, yəni qiymətlərin azalması müşahidə olunduğu halda və yaxud sıfıra yaxın bir inflyasiya səviyyəsi, çox cüzi bir rəqəm qeydə alındığı halda son bir il ərzində katastrofik hədlərə gəlib çıxmışdı. Bununla da, mübarizə tədbirləri vardır. Başlıca tədbirlərdən biri faiz dərəcələrinin artırılmasıdır”-deyə iqtisadçı qeyd edib.

"İnflyasiya nədir, inflyasiya niyə yaranır, qarşısını necə almaq olar" və s. bu kimi suallarımızı cavablandıran iqtisadçı Pünhan Musayevlə videomüsahibənin davamına Bizimyol.info xəbər portalının rəsmi YouTube kanalında baxa bilərsiniz.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »