Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev "bir neçə həftə ərzində" ukraynalı pilotların AB-də F-16-da təlim keçəcəyini açıqlayıb
Ağ Ev "bir neçə həftə ərzində" ukraynalı pilotların AB-də F-16-da təlim keçəcəyini açıqlayıb

Aİ ölkələrində ukraynalı pilotlar üçün Amerika F-16 qırıcılarını idarə edəcək təlim proqramı iki həftədən sonra başlaya bilər.

APA xəbər verir ki, bu barədə bazar günü CNN telekanalına müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan bildirib.

"Biz avropalılar hazır olan kimi F-16-da Ukraynalı pilotların təliminə başlamaq üçün lazımi alətləri təmin edəcəyik. Avropalılar lazımi təlim obyektlərini hazırlamaq üçün bir neçə həftə vaxt lazım olduğunu söylədi" - Sallivan deyib.

Sallivan əlavə edib ki, Vaşinqton da öz növbəsində təlim üçün icazənin verilməsi prosesini, eləcə də ona başlamaq üçün lazım olan hər şeyi köçürmək prosesini təxirə salmayacaq.

Bundan əvvəl bildirilmişdi ki, ukraynalı pilotların F-16-nı idarə etmək üçün təliminə avqustda Danimarkada başlanacaq, Rumıniyada isə regional təlim mərkəzi yaradılacaq.

Son xəbərlər
Bütün xəbərlər »