Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Pirşağı küçələrinə səpələnmiş zir-zibilin günahkarı kimdir: vətəndaş ya məmur? - Video
Pirşağı küçələrinə səpələnmiş zir-zibilin günahkarı kimdir: vətəndaş ya məmur? - Video

Çox yerdə məişət tullantılarının urnalardan kənara atıldığına şahid oluruq. Bir neçə gün əvvəl belə bir hal mənim də qarşıma çıxdı. Urnalar ağzına qədər dolmuş, tullantılar urnanın ətrafına səpələnmişdi. Yay, isti hava, ətrafa səpələnmiş məişət tullantıları sözün əsl mənasında sağlamlıq və ətraf mühit üçün ciddi təhlükə mənbəyidir. Ancaq, bunu nə tullantını atan vətəndaş, nə də təmizləmə məsuliyyətində olan qurumlar başa düşmürlər, ya da düşmək istəmirlər. Yoxsa kim yayın istisində zibil qoxusu çəkmək istər ki? Maraqlısı budur ki, urna qapısına yaxın qoyulmuş vətəndaş da mövcud vəziyyətə laqeyd yanaşır. Sanki elə belə də olmalıymış kimi….

Qanun deyir ki, bütün məişət tullantıları zərərsizləşdirilmək üçün urnalara atılmalıdır. Tullantıların urnalardan kənara atılması və ya basdırılması qanunla qadağandır. Bunu “İstehsalat və məişət tullantıları haqqında” Qanunun 12-ci maddəsi deyir.

Qeyd edək ki, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qanuna görə yaşayış əraziləri, küçə və keçidlər, mədəni-məişət obyektləri, müxtəlif müəssisələrin və təşkilatların əraziləri, parklar, meydanlar, istirahət məkanları və ictimai istifadə yerləri müvafiq icra qurumları tərəfindən təmizlənməlidir. Yəni məişət tullantıları hər gün təmizlənməlidir.

İnzibati Xətalar Məcəlləsinin 266.3-cü maddəsinə əsasən məişət tullantılarının urnalardan atılmasına görə, 50 manat məbləğində cərimə nəzərdə tutulur. Düzdür, cərimələr var, amma reallıq da göründüyü kimi "burnumuzun ucundadır"…

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »