“Bütün avtomobillərin mühərrik gücü at gücü ilə hesablanır”.
Bu sözləri Bizimyol.info xəbər portalının əməkdaşına, Abşeron Milli Parkının əməkdaşı Kənan deyir. O, qeyd edir ki, Abşeron Milli Parkında ziyarətçilərə həm atla səyahət, həm də kvadrasikllə səyahət təklif edilir. Yəni özünü təbiətlə iç-içə hiss etmək istəyənlər at və faytona, ekstrim sevənlər də kvadratsiklə üstünlük verir.
Bu dəfə biz hansı vasitənin daha sürətli olması ilə bağlı kiçik bir yarış keçirdik. Abşeron Milli Parkının əməkdaşı kvadrasikl idarə edən Namiq Hüseynli ilə at sürən Kənan bəy öz vasitələrini yarışdırdılar. Sonda məlum oldu ki, hər iki vasitə birbirinə yaxın sürətlə hərəkət edə bilir.
Abşeron Milli Parkında sürətin əhəmiyyəti və fərqi yoxdur. İstədiyiniz vasitəni seçib gəzintinizi maraqlı keçirə bilərsiniz. Burada əsas olan istirahətə xərclədiyiniz vaxt və təbiətdən aldığınız zövqdür...
İradə Cəlil, Bizimyol.info