Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı Lənkəran və Şəki üzrə koordinatorlar, Bakı üzrə məkan və tədbir menecerləri axtarır
Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı Lənkəran və Şəki üzrə koordinatorlar, Bakı üzrə məkan və tədbir menecerləri axtarır

Sevil Beynəlxalq Qadın Sənədli Film Festivalı komandasına Lənkəran və Şəki şəhərləri üzrə koordinatorlar, eyni zamanda Bakıda keçiriləcək tədbirlər üçün məkan və tədbir menecerləri axtarır.

Əgər siz də gender mövzularına maraq göstərir və bu işdə Sevilfest komandasına dəstək olmaq, sentyabr ayında ölkədə baş tutacaq faydalı və əyləncəli beynəlxalq tədbirin bir hissəsi olmaq istəyirsinizsə, 16 iyul tarixindən gec olmayaraq müraciət formunu doldura bilərsiniz.

Vakansiyalar üzrə ətraflı məlumat və müraciət formalarını festivalın linktree ünvanından əldə edə bilərsiniz.

Qeyd edək ki, Sevil Beynəlxalq Qadın Sənədli Film Festivali 2020-ci ildən fəaliyyət göstərən, ölkədə gender mövzularına fokuslanan kinofestivaldır. Festivalin IV buraxılışı 15-22 sentyabr tarixlərində paralel olaraq 3 şəhərdə - Bakı, Şəki və Lənkəranda baş tutacaq.

Son xəbərlər
Bütün xəbərlər »