Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayılda sürüşmə fəlakəti - VİDEO+FOTOLAR
Bayıl qəsəbəsindəki sürüşmə zonasında aktivlik müşahidə olunmağa başlayıb. Rəsmi məlumata görə sürüşmə sahəsində 7 metr dərinliyində, 1.5 metr enində çatlar yaranıb.

Ərazidə olan bizimyol.info-nun əməkdaşının verdiyi məlumata görə, Bayıl qəsəbəsində sürüşmə zonasındakı evlərdə çatların sayı artıb. Sürüşmə zonasında 90-a yaxın ev qəzalı vəziyyətdədir, 67 ailə artıq evlərindən köçürülüb. Sakinlər 163 nömrəli məktəbə yerləşdirilib.

Məktəbə daxil olmağımıza imlan verilməsə də, məktəbin qarşısında olan sakinlər söhbət edə bildik. Onlar rəsmi şəxslərə burdan köçmək istəmədikləri, rəsmilər isə onlara kompensasiyanın ödəniləcəyini deyiblər.

Sürüşmə sahəsinə daxil olan əməkdaşımız bura mayakların, reperlərın quraşdırıldığının şahidi olub, nəzarət aparılır.

Qeyd edək ki, sürüşmə sahəsi - Teleqüllədən 200-250 m cənub-şərqdə yerləşir. Sürüşmənin baş verməsinə atmosfer yağıntıları və sahənin aşağı hissəsində tikinti işləri aparılan zaman yamacın şaquli kəsilməsi səbəb olub. Sürüşmə sahəsində yeddi metr dərinliyində, bir metr enində çatlar yaranıb.

Ramid İbrahimov

[gallery columns="1" size="full" ids="46028,46029,46030,46031,46032,46033,46034">

Son xəbərlər
Bütün xəbərlər »