Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın zəifləməsi Qarabağ məsələsinin həllində Azərbaycanın əlini daha da gücləndirəcək"
"Rusiyanın zəifləməsi Qarabağ məsələsinin həllində Azərbaycanın əlini daha da gücləndirəcək"

Dünən axşam Rusiyanın hərbi şirkəti olan “Vaqner” qruplaşması Rusiyada hərbi çevrilişə cəhd edib. Ötən il Rusiya Ukrayna ilə müharibəyə başlayanda elə düşünülürdü ki, müharibə 1 həftəyə Rusiyanın qələbəsi ilə yekunlşacaq. Heç də hər şey gözlənilən kimi olmadı. Qərbin dəstəyi ilə müjaribə davam etdi. Ukrayna öz kəndlərini bir-bir geri almağa başladı. Dünən isə, nəhayət Rusiya daxilində çevrilişə cəhd edildi. Rusiyaya məxsus olan “Vaqner” hərbi şirkəti Rostov şəhərini ələ keçirib. Şirkətin məlumatlarına görə, gərginlik artan xətt üzrə davam edir.

"Bir müddət əvvəl “ Vaqner” şirkətinin rəhbəri Piriqojin Rusiya Müdafiə naziri Sergey Şoyqunu və Baş Qərargah rəisi Valeri Gerasimovu hədəf alan açıqlamalar verdi, onları ağır formada təhqir etdi və onlara silah verilmədiyini qeyd etdi. Bu, asan məsələ deyil"

Bu barədə Bizimyol.info xəbər portalına danışan politoloq Samir Hümbətov bildirib ki, bu prosesi Putin idarə etmir. Çünki bir müddət əvvəl Putin canlı efirə çıxaraq, Priqojini və onun qrupunu “vətən xaini” adlandırdı. Və bildirdi ki, 1917-ci ildə baş verən çevriliş kimi çevrilişin baş vernəsinə izin verməyəcək.

Samir Hümbətov Samir Hümbətov

Politoloq hesab eidr ki, bu hadisədə daxili amillər də ola bilər. Amma nəzərə almaq lazımdır ki, Priqojinin aktivlərinin çox hissəsi Qərbdədir. Bu səbəbdən də Qərbdən də oyunlar qurula bilər.

Samir Hümbətov qeyd edib ki, Rusiya daxilində vəziyyət daha gərgin ola bilər. Hətta vətəndaş müharibəsi başlaya bilər, Rusiyanın digər bölgələri də ayağa qalxa bilər.

Rusiyada baş verənlərin Azərbaycana təsirlərinə gəldikdə isə, politoloq bildirib ki, təbii ki, bunun təsirləri olacaq. Rusiyanın zəifləməsi Qarabağ məsələsinin həllində Azərbaycanın əlini daha da gücləndirəcək.

“Qarabağda Rusiya sülhməramlıları adı altında olan ərazimizə müvəqqəti yerləşdirilən rus qoşunları Qarabağdan nə qədər tez çıxarılsa, Azərbaycan Qarabağa nəzarəti daha tez əldə edəcək. Xocalı, Xankəndi, Xocavənd və Ağdərəyə nəzarəti gücləndirəcək. Rusiyada indiki məqamda baş verən hər şey Rusiyanı zəiflədəcək”-deyən politoloq bildirib ki, Rusiyada durum heç də ürəkaçan deyil və Rusiyanın parçalanmasına hesablanmış bir addımdır.

Politoloqun fikrincə, Rusiya höküməti icazə versə, “Vaqner” höküməti ələ keçirə bilər. Bu da təhlükəli tendensiyadır. Rusiya parçalana bilər. “Vaqner” şirkəti 25 min həbçidən ibarətdir. Yenə təhlükəli durumdur və bütün dünya Rusiyaya reaksiya göstərə bilər.

“Yəni hər bir tərəfən Rusiya üçün vəziyyət təhlükəlidir. Azərbaycan bu vəziyyətdən istifadə edib, Qarabağa nəzarəti tam ələ ala bilər”-deyə politoloq qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »