Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xalqa dövlətin "sərt üzü"nü göstərən icra başçısı nazirin qarşısında məmur olduğunu xatırladı"
"Xalqa dövlətin "sərt üzü"nü göstərən icra başçısı nazirin qarşısında məmur olduğunu xatırladı"

Gədəbəyin “Söyüdlü” kəndində baş verən hadisə ilə bağlı müxtəlif versiyalar irəli sürüldü. Bu hadisə müəyyən bir zaman keçdikdən sonra öz həllini tapacaq. Bizi narahat edən digər məsələ isə, Gədəbəy İcra Başçısı Orxan Mürsəlovun davranışlarıdır. “Yaxından çəkmə, yaxşı görünüm”, “Polisə əl qaldıran vətən xainidir” və bu kimi "istiqamətsiz" açıqlamaları ilə yadda qaldı bir icra başçısı...

Hamıya məlumdur ki, ümumiyyətlə əksər icra başçıları vəzifəyə təyinat aldıqdan bir müddət sonra sanki bu vəzifə ömürlükmüş kimi davranmağa başlayır və həmin vəzifənin yaratdığı öhdəlik və səlahiyyətlərini unudurlar. Orxan Mürsəlov da bunu unutdu. İstər kənd sakinləri, istərsə də jurnalistlərlə davranışlarında Mürsəlov bəlkə də həyatının "səhvini" etdi. Kənd sakinləri ilə söhbətlərinə məmur olduğunu unudan, jurnalistlərin sualalrı qarşısında özünü itirən bu məmur çox keçməz vəzifəsini də itirər…

“Ağ partiya” başqan müavini Əhəd Məmmədli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Gədəbəyin icra başçısı bundan əvvəl də məmur olub. Məmurların işi, sadəcə olaraq, insanların şikayətlərini qəbul etmək olub.

Əhəd Məmmədli Əhəd Məmmədli

“Bizim məmurları bilirsiniz, şikayətçiləri "yola verirlər". O da yolaverməklə məşğul olub. İndiki məsələdə də gəlmişdi ki, dövlətin "sərt üzü"nü göstərsin və "yola versin". Amma hadisə fərqli hadisədir və o da artıq başqa postdadır. Daha rəhbər, daha səlahiyyətli postdadır. Onun da öhdəsindən gələ bilmədi. Əvvəlcə jurnalistlərlə danışmağa başladı. Sonra sakinlərlə dilləşdi. Bu davranış düzgün davranış deyildi. Çünki onlar vətəndaşlarla, insanlarla düzgün qaydada davranmağı öyrənməyiblər, ona görə də öz ampulasındadır”-deyə Məmmədli bildirib.

İcra başçısının “polisə əl qaldıran vətən xainidir” fikrinə gəldikdə isə, Əhəd Məmmədli qeyd edib ki, bu ifadə də düzgün ifadə deyil. Politoloqun fikrincə, bu hadisədə Daxili İşlər Nazirliyi belə, Orxan Mürsəlovun onları "qoruduğu" kimi özünü qorumadı.

“Yəni "Papadan çox katolik" oldu. İcra başçısı öz vəzifəsinin, səlahiyyətinin öhdəsindən gələ bilmədi. Onun ən böyük səhvi elə vəziyyətin bu hala qədər gəlib çatmasıdır. Özü də deyir ki, mən o kəndə yaxın qalıram. Yaxında qalırsansa, sən bu məsələri vaxtında həll etməli idin. Çünki xəbəri var idi, xəbəri olmaması mümkün deyil. Kənd bələdiyyəsi deyir ki, bizə sakinlər müraciət etmişdilər. Biz də müraciət etmişdik, bunun qarşısı alınsın və ikinci göl salınmasın. Yəni bu müraciətlər olub zamanında. Sadəcə olaraq, müraciətlərə baxan olmayıb və müraciətə də ilk baxan və müraciəti həll edən rayon icra başçısı olmalıdır. O isə, səlahiyyətinin öhdəsindən ümumiyyətlə gəlməyib. Gəlməyib ki, bu proseslər oldu və proseslərdə dövlət məmuruna uyğun davranış göstərə bilmədi. Sakinlərlə davrana bilmədi. Ekologiya naziri gəldiyi zaman isə, nazir dövlət məmuruna uyğun şəkildə düzgün yöntəm ortaya qoydu”- deyə Əhəd Məmmədli qeyd edib.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »