Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət Departamenti: ABŞ Bakı-İrəvan danışıqlarına ev sahibliyi etməyə hazırdır
Dövlət Departamenti: ABŞ Bakı-İrəvan danışıqlarına ev sahibliyi etməyə hazırdır

ABŞ Ermənistan və Azərbaycan arasında danışıqların növbəti raundunu “çox tezliklə” qəbul etməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu Dövlət Departamentinin sözçüsü Vedant Patel brifinqdə deyib.

Patel bildirib ki, tərəflər Cənubi Qafqazda dinc gələcək üçün işləməyə hazır olduqlarını nəzərə alaraq, ABŞ tərəfləri danışıqlar üçün qəbul etməyə hazırdır.

"Biz Ermənistan və Azərbaycan arasında müxtəlif məkanlarda danışıqların davam etdiyi bir vaxtda sürtünmə yarada və şiddətləndirə biləcək addımların əks-məhsuldar olduğuna inanmaqda davam edirik. Beləliklə, biz bu məsələyə baxmağa davam edəcəyik və bizimlə danışıqların növbəti mərhələsini səbirsizliklə gözləyəcəyik",- deyə Patel əlavə edib.

Onun sözlərinə görə, Vaşinqton hələ də problemlərin həlli və uzunmüddətli və ləyaqətli sülhə nail olmaq üçün birbaşa dialoqun çox vacib olduğuna inanır.

Məlumat üçün bildirək ki, Ermənistan və Azərbaycan XİN rəhbərləri arasında müzakirələrin növbəti raundu iyunun 12-də Vaşinqtonda keçirilməli idi, lakin Bakının xahişi ilə təxirə salınmışdı.

Onu da əlvə edək ki, Vaşinqtonda nazirlərin əvvəlki danışıqları 4 gün (1-4 may) davam edib. Onlar ABŞ dövlət katibi Entoni Blinkenlə iki dəfə görüşüblər. Danışıqlardan sonra ABŞ dövlət katibi Ermənistan və Azərbaycanın sülh sazişinin imzalanması istiqamətində mühüm irəliləyiş əldə etdiyini bildirib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »