Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Nəqliyyatın pik saatlarında taksi fəaliyyətinin böyük dəstəyi olur"
"Nəqliyyatın pik saatlarında taksi fəaliyyətinin böyük dəstəyi olur"

Bir neçə gün öncə nazir Rəşad Nəbiyev ölkədə taksi fəaliyyətinin bahalaşacağı ilə bağlı açıqlamalar verdi. Nazir deyirdi ki, bir tək Azərbaycanda taksi fəaliyyəti ucuzdu. Görünür, nazir Azərbaycanda minimum əmək haqqının da az olduğunu unudub. Əslində bu problem ölkədə “Uber”, “Bolt” kimi taksi şirkətlərini taksi sürücülərinə divan tutması ilə başladı. Taksi fəaliyyətini ucuzdan ucuz edib, gəlir əldə edən bu xarici şirkətlərin qarşısını almağa sözün əsl mənasında gücü çatmayan müvafiq qurumlar, acığını taksi fəaliyyətini bahalaşdırmaqla çıxmış olur.

Taksi fəaliyyətinin ucuz olması vətəndaşların işinə yarayırdı. Həm insanlar evlərinə çata bilirdi, həm də sürücülər heç olmasa evinə çörək apara bilirdi. BNA tərəfindən qara günə qoyulmuş nəqliyyat sistemini yeni qərarlar daha bərbad günə salacaq.

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, son zamanlar Azərbaycan Respublikasında taksi fəaliyyəti ilə bağlı müəyyən qanunlar, qaydalar müəyyənləşməkdədir. Bu tələblər tək xarici şirkətləri deyil, eyni zamanda respublika ərazisində fəaliyyət göstərən digər şirkətlərədə şamil olunur. Onun sözlərinə görə, bu istiqamətdə tənzimləmələr və müxtəlif tədbirlərin həyata keçirilməsi, son olaraq qiymət artımı ilə nəticələnə bilər.

Aslan Əsədov Aslan Əsədov

Ekspert bildirib ki, bu qərarın ictimai nəqliyatın fəaliyyətinə də təsir edəcəyi sual altındadır. Çünki taksi fəaliyyətinin çox olması ictimai nəqliyyat üçün hərəkətverici qüvvə hesab olunur.

“Hətta nəqliyyatın pik saatlarında taksi fəaliyyətinin böyük dəstəyi də olur. Bunu etiraf etməliyik. Taksi fəaliyyətinin nisbətən ucuz olması, vətəndaşlaırn işinə yarayırdı. Maddi tərəfdən də əlçatan idi”- deyən ekspert hesab edir ki, taksi qiymətlərinin bahalaşması insanlarda şəxsi avtomobilləşməyə meyl yarada bilər. Yəni insanlar məcbur olub, özləri avtomobil almağa çalışacaqlar. Bu da öz növbəsində avtomobil qiymətlərinə də təsir edəcək.

Ekspert hesab edir ki, şəxsi avtomobilləşmə prosesi avtomobil parkına da müəyyən formada öz təsirini göstərəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »