Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistanın Azərbaycana hücum etmək arzusu yoxdur - Ermənistan prezidenti
Ermənistanın Azərbaycana hücum etmək arzusu yoxdur - Ermənistan prezidenti

“Ermənistanın Azərbaycana hücum etmək məqsədi, istəyi yoxdur”.

Bizimyol.info Ermənistan dövlət başçısının mətbuat xidmətinə istinadən xəbər verir ki, bu barədə prezident Vaaqn Xaçaturyan Almaniyadakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı bildirib.

Mətbuat yazır ki, Xaçaturyan görüş zamanı regiondakı vəziyyəti, Qarabağ münaqişəsinin hazırkı vəziyyətini təqdim edib.

“Ermənistanın hücuma keçmək arzusu yoxdur və bunun heç bir mənası yoxdur. Bizim belə bir vəzifəmiz yoxdur”,- deyə o, əlavə edib.

Bundan əlavə, Ermənistan dövlət başçısı qeyd edib ki, Ermənistan hökumətinin strategiyasına “qonşularla normal münasibətlər qurmaq” vəzifəsi daxildir.

“Amma bunun üçün ilk növbədə müdafiə və təhlükəsizlik sistemini təkmilləşdirmək, ordunu müasirləşdirmək, müasir və döyüşə hazır vəziyyətə gətirmək lazımdır”,- deyə o, əlavə edib.

Media yazır ki, Ermənistan prezidenti daxili siyasi proseslərə, ölkənin iqtisadi həyatındakı fəallığa, bu sahədə aparılan islahatlara da toxunub.

Son olaraq əlavə edək ki, bundan əvvəl Ermənistan prezidenti Vaaqn Xaçaturyan Berlində almaniyalı həmkarı Frank-Valter Ştaynmayerlə danışıqlar aparıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »