Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İrəvan və Bakı saziş üçün xəritələr və bir sıra digər məsələlərlə bağlı hələlik razılığa gəlməyiblər – Ermənistan XİN
İrəvan və Bakı saziş üçün xəritələr və bir sıra digər məsələlərlə bağlı hələlik razılığa gəlməyiblər – Ermənistan XİN

Ermənistan və Azərbaycan hələ də sülh müqaviləsinin bağlanması üçün bir sıra əsas məsələlər, o cümlədən sərhədlərin delimitasiyası xəritələri barədə razılığa gəlməyiblər.

Bizimyol.info xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan parlamentdə keçirdiyi brifinqdə deyib.

"Təəssüf ki, hazırda hansı ilin xəritəsi əsasında növbəti delimitasiya və demarkasiya prosesinin getməsi barədə razılıq yoxdur", - deyə Kostanyan bildirib.

Onun sözlərinə görə, “həmçinin Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyi və hüquqlarının təminatçısı institutu, Stepanakertlə Bakı arasında dialoqla bağlı konsensus yoxdur”. Nazir müavini tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaq olduğunu, lakin işin davam etdiyini bildirib.

Ermənistan xarici işlər nazirinin müavini əlavə edib ki, Azərbaycanın Ermənistanla sərhədində və “Dağlıq Qarabağ”da müşahidə olunan gərginliyin artması regionda sülh və sabitliyin bərqərar olmasına kömək etmir.

Bölgədə kommunikasiyaların bloklanması mövzusundan bəhs edən Kostanyan vurğulayıb ki, marşrutların açılması müstəsna olaraq tərəflərin suverenliyi və ərazi bütövlüyü çərçivəsində baş tutmalıdır.

Məlumat üçün bildirək ki, son günlər Ermənistan Silahlı Qüvvələri vaxtaşırı sərhədin müxtəlif ərazilərində Azərbaycanın mövqelərini atəşə tutur.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »