Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan sərhəddə silahlı təxribatlar törədir
Ermənistan sərhəddə silahlı təxribatlar törədir

Ermənistan tərəfi Laçın sərhəd-keçid məntəqəsini atəşə tutub. Sıradan bir hadisə deyil. Bir hərbçimiz yüngül yaralanıb. Şükür, həyatına təhlükə yoxdur. Amma...

Sülhə, sabitliyə təhlükə var. Bölgənin normal inkişafına təhlükə var. Biz düşmənə: "Gəl, dost olaq, iki canda bir qəlb olaq" demirik. Bu, onsuz da mümkün deyil; qarşı tərəf insanlıqdan nəsibini almayıb. Əvvəl də yazmışam: elə adamlar var ki, nəinki dostluğa, heç düşmənçiliyə də layiq deyil. Bunlar həmin misaldır. Düşmənlik etməyə layiq olmayan biri ilə nə dostluq-filan?! "Heç olmasa, normal qonşuluq edək" deyirik. Onu da anlamırlar. Dinc yaşamaq, rahat yaşamaq istəmirlər. Öz taleyinə yiyəlik etmək istəmir də, bu "xalq". Gərək onun-bunun oyuncağı ola. Gərək başıqapazlı ola. Gərək buyruq qulu ola. Başqa bir yaşam tərzindən xəbərləri yoxdur deyəsən. Bir yandan Avropadan pul dilənirlər, o biri yandan, Amerikada dəstək axtarırlar, bunun da yanında Fars mollasının fətvası ilə oturub-dururlar. Bu necə rəzil bir qövmdür axı. İçində vəhşi instiktləri yaşadan necə bir aşağılıqdırlar! Nə abırsız-həyasız bir yığına coğrafiya qonşusu olmuşuq, İlahi!

Deyirsən: "Gəl, o rus daşıdı, fars daşıdı, fransız daşıdı, hər nə daşdırsa, tök ətəyindən, sülh bağlayaq, rahat yaşayaq". "Yox" demir, "hə"ni uzada-uzada gedir. Bir qərar verə bilmir; ya ağlı çatmır, ya iradəsi iflicdir. Hər nə səbəbdəndirsə, qərar vermir. Sülhə gəlmir. Quldur dəstələrini ölkəmdən çıxarmaq istəmir. İmkan düşən kimi, daha doğrusu, qıraqdan əmr gələn kimi, başlayır buynuzunu çomağımıza sürtməyə.

Azərbaycan türklərinin öz evlərinə qayıtmağını həzm edə bilmir. Zəngilana köç oldu, Laçına köç oldu. Şuşaya, Ağdama, Füzuliyə də tezliklə köç gözlənilir. Cəbrayıla, Qubadlıya, Kəlbəcərə də olacaq bu köç. Hər yerə qayıdacaq insanlarımız. Qarabağ camaatı mərhələ-mərhələ dönəcək öz ev-eşiyinə. Bunun geci-tezi var. Qarşısını kimsə ala bilməyəcək. Bunu həzm edə bilmir düşmən.

Dağıdılmış şəhərlər, yollar, körpülər...yenidən və ən gözəl biçimdə qurulur. Şuşa, Laçın yenidən qurulur. Ağdamda, Füzulidə şəhərlər yenidən tikilir. Bunu həzm edə bilmirlər.

Şuşada Türkiyənin baş konsulluğu açılacaq. Bunu həzm ed bilmirlər. Türkiyə ilə Azərbaycanı, Türk dünyasını Naxçıvan üzərindən birləşdirəcək layihələrə start verilib. Bunu həzm edə bilmir. Ona görə də Laçın, Füzuli, Zəngilan, Naxçıvan tərəfdə silahlı təxribat törədir düşmən.

"Kitabi-Dədə Qorqud" dastanında doğru deyirmiş: "Qarı düşmən dost olmaz".

Dayanmayacaq bunlar. Öz rəzil xislətlərini dəyişməyəcəklər. Normal millət olub mədəni millətlər cərgəsinə qoşulmayacaqlar. Odur ki, indidən başını əzmək lazımdır. Tanrı Ordumuzu qorusun!

Bizimyol.info

Laçın yolunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi Laçın yolunda Azərbaycanın sərhəd nəzarət-buraxılış məntəqəsi

Son xəbərlər
Bütün xəbərlər »