Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənilər bu cəsarəti hardan alır?" - İlham İsmayıl
"Ermənilər bu cəsarəti hardan alır?" - İlham İsmayıl

Bu gün səhər saatlarında Laçın nəzarər keçid məntəqəsinin atəşə tutulması, sonra Zəngilan istiqamətində ağır artileriyadan istifadə etməklə başlanan döyüş bir daha onu təsdiq edir ki, ermənilər və havadarları sülh danışıqları adı altında zaman uzadırlar və onlara sülh lazım deyil.

Bunu təhlükəsizlik məsələləri üzrə tanınmış ekspert İlham İsmayıl bildirib:

"Məğlub erməni bu cəsarəti hardan alır? Cavab açıqdır- Ermənistanda və Qarabağda qoşunu olan Rusiyadan. Ermənilər adi bir uğura bənddirlər. 2021-ci ildə Norayr Mirzoyan bizim postumuza qumbara atanda erməni mətbuatı yazdı ki, Norayr bizi şokdan xilas etdi. İndi də Seyran Ohanyan Laçın postuna atılan atəşi uğur hesab edir və davamlı olaraq sərt cavablar verilməyin vacibliyini vurğulayır. Prosesin hansı istiqamətə getdiyini bilə-bilə, nədən bizi əsas istiqamətdən iki il yeddi aydır yayındıran delimitasiya, demarkasiya məsələlərinə, olmayan Zəngəzur yoluna bu qədər fokuslanmışıq? Məsələnin açarı Qarabağda həll olunmalıdır. O zaman qalan məsələlər heç bir maneə olmadan həll olunacaq.

Vaşinqton, Brüssel görüşləri ərəfəsində, ABŞ-dan separatçı rejimə “danışıqlara getməlisiniz” mesajı gələndən sonra təxribatların olacağı göy gurultusundan sonra yağışın olacağı qədər gözlənilən idi. İlk dəfə deyil ki, Ermənistan Ordusundakı 5-ci kalon ya görüşlər ərəfəsində, ya sonra təxribatlar törədir. Bəs, biz nə vaxta qədər buna dözəcəyik?

Bu günkü mənzərə budur: Azərbaycanın 3,2 min kv.km ərazisi hələ də ermənilər tərəfindən işğal altındadır, üstəlik 8 anklav kəndimiz. Erməni silahlı qüvvələri Rusiyanın qoruması ilə hələ də Azərbaycan ərazisindədir və silahları bizə tuşlanıb. Çomağın o biri başını çevirməyin vaxtı deyilmi?"(moderator.az)

Son xəbərlər
Bütün xəbərlər »