Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tıxacların yaranma səbəbi nəqliyyatın səriştəsiz təşkilidir"
"Tıxacların yaranma səbəbi nəqliyyatın səriştəsiz təşkilidir"

Son günlər Azərbaycanda taksi fəaliyyəti ilə bağlı verilən açıqlamalar, taksi fəaliyyəti ilə qoyulacaq tələblər təkcə taksi sürücülərini deyil, bütün vətəndaşları narahat edir. Heç kəsə gizli deyil ki, minimum əmək haqqı 350 manat olan ölkədə bu məbləğlə yaşamaq mümkün deyil. Bu səbəbdən də çox zaman vətəndaşlar taksi fəaliyyətini ikinci iş kimi seçirdilər. Bu həm də sərnişinlərin həyatını rahatlaşdırırdı. Çünki ölkədə taksi fəaliyyəti ucuz nəqliyyat növlərindən hesab edilirdi. Amma ölkəyə xarici taksi şirkətləri ayaq açdıqdan sonra taksi sürücülərinin problemləri ortaya çıxmağa başladı. Nazirlik isə, bu şirkətlərin fəaliyyətləri ilə bağlı qərar vermək əvəzinə, zərbəni yenə də taksi sürücülərinə vurdu. Və nazir Rəşad Nəbiyevin açıqlamaları birmənalı qarşılanmadı…

“Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevin taksi fəaliyyəti ilə bağlı açıqlamaları cəmiyyətdə ciddi təpki və narazılıqla qarşılanmasının səbəbi mövcud durumun Avropa ölkələri ilə yersiz müqayisəsidir. Bu sayaq bəyanatların səsləndirilməsi atılan addımların arqumentsizliyi ilə bağlıdır”.

Bu barədə Bizimyol.info xəbər portalına “Vəhdət” partiyasının müavini, politoloq Vasif Əfəndi danışıb. Politoloq hesab edir ki, bu davranış azad iqtisadiyyatın inkişafına və sağlam rəqabətə ciddi əngəldir. Dövlətin antinhisar proqramından xəbərsizlik nəticədə inhisarçılığa yol açan addımlara gətirib çıxara biləcək şərait yaradır.

Vasif Əfəndiyev Vasif Əfəndi

“Nəqliyyatda keyfiyyəti təmin etmək üçün sərnişindaşımanı yaxşılaşdırmaq lazımdır. Nümunə üçün deyim, 20 Yanvar dairəsindən Sumqayıt istiqamətinə 1-2 manatlıq taksilərin yığışdırılmasının çox asan və tək yolu həmin istiqamətdə Avropa standartlarına cavab verən sərnişin avtobuslarını xəttə buraxılaraq hərəkətin intensivliyi təmin etməkdir. Bakıdan Sumqayıta 20-25 km məsafədir və süni şəkildə yaradılmış tıxaclar olmazsa bu istiqamətdə heç taksi fəaliyyətinə ehtiyac da olmaz”- deyən politoloq hesab edir ki, tıxacların yaranması nəqliyyatın hərəkətinin səriştəsiz təşkilidir.

Vasif Əfəndi qeyd edib ki, sərnişinlər üçün geniş, rahat və sürətli marşrutlar açılarsa problemlər aradan qalxar.

“Elə bilməyin ki, insanlar köhnə taksinin arxa oturacağında məmnunluqla yarım saatdan çox tıxaclarda sıxışaraq oturmaq üçün əldən ayaqdan gedirlər. Tramvay, trolleybus,metrobus və elektrik qatarları yenidən həyata qaytarılmalıdır”-deyə politoloq əlavə edib.

İradə Cəlil,Bizimyol. info

Son xəbərlər
Bütün xəbərlər »