Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Türkiyədə zavodda baş vermiş partlayışda 5 işçi həlak olub
Türkiyədə zavodda baş vermiş partlayışda 5 işçi həlak olub

Ankaranın Elmadağ rayonunda Maşınqayırma və Kimya Sənayesi Müəssisəsi (MKE) Raket və Partlayıcı Materiallar Fabrikində baş verən partlayışdan sonra yanğın baş verib.

Bizimyol.info xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən açıqlamada: "Partlayış nəticəsində 5 işçimiz şəhid olub. Hadisə ilə bağlı məhkəmə və inzibati istintaq başladılıb", - deyə qeyd edilir.

Prezident Rəcəb Tayyib Ərdoğan Milli Müdafiə Naziri Yaşar Gülərdən partlayışla bağlı məlumat alıb və istintaqa başlamaq üçün göstəriş verib. Digər tərəfdən, Ankara valisi Vasip Şahin verdiyi açıqlamada: "İlkin məlumatlara əsasən partlayışın kimyəvi reaksiya nəticəsində baş verdiyi güman edilir", - deyib.

Məlumatda bildirilir ki, bu gün saat 08:40 radələrində MKE Raket və Partlayıcı Materiallar Zavodunda işçilər istehsala hazırlaşarkən dinamit qarışdıran sexdə partlayış baş verib. Partlayış səsindən sonra fabrikdən tüstü qalxıb. Xəbərdarlıq üzərinə bölgəyə çoxlu yanğınsöndürən və sağlamlıq qrupu sövq edilib. Yanğınsöndürənlər dərhal müdaxilə edərək yanğını söndürüblər.

Milli Müdafiə Nazirliyi (MSB) hadisə ilə bağlı yazılı açıqlama verib. Açıqlamada: “Ankaranın Elmadağ rayonunda MKE Raket və Partlayıcı Zavodda partlayış baş verib. Partlayış nəticəsində 5 işçimiz həlak olub. Hadisə ilə bağlı məhkəmə və inzibati araşdırmalara başlanılıb”, - deyə bildirilib.

Prezidentimiz cənab Rəcəb Tayyib Ərdoğan Elmadağ rayonunda fəaliyyət göstərən MKE Raket və Partlayıcı Maddələr Zavodunda baş verən partlayış zamanı həlak olan 5 işçinin yaxınlarına başsağlığı verib.

Milli müdafiə nazirinin müavini Alpaslan Kavaklıoğlu və Ankara valisi Vasip Şahin partlayışın baş verdiyi fabriklə tanış olduqdan sonra açıqlama veriblər.

Vali Şahin, fabrikin ilk təhqiqata görə kimyəvi reaksiya nəticəsində meydana gəldiyi düşünülən dinamit detallarının hazırlanması hissəsində partlayış baş verdiyini deyib.

"Faktla bağlı dövlət ittihamçılarımız araşdırma aparır. Orada 5 işçi olub, onların meyitləri çıxarılaraq aidiyyəyi üzrə təhvil verilib. Dağıntılar altında qalan, xəsarət alan yoxdur. İlk qiymətləndirmələrdə mütəxəssislər bunun kimyəvi reaksiya nəticəsində baş verdiyi qənaətindədirlər və dövlət ittihamçılarımız bunu araşdırır”, - deyə o bildirib.

Nazir müavini Kavaklıoğlu, "Bura bizim partlayıcı istehsal müəssisəmizdir. Partlayışın baş verdiyi yer çox kiçik bir binadır. Kamera qeydlərinə baxdığımızda partlayış anına qədər fövqəladə bir şey yoxdur, işçilərimiz öz işlərini görürlər. Partlayış qəflətən baş verir. Müdafiə nazirimiz də Hatayda idi, artıq o da buraya gəlmək üçün yola şıxıb. Bu, daimi işləyən Fabrikdir, təcrübəsiz insanların işlədiyi yer deyil. Yanğın yalnız bir nöqtəyə baş verib”, - deyə o bildirib.

Milli Müdafiə naziri Yaşar Gülər ​​Hatayda proqramını yarımçıq kəsərək hadisə yerinə gedib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »