Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Netanyahu: Düşmənlərimiz İsraildə qardaş qırğını olacağına ümid etməsinlər
Netanyahu: Düşmənlərimiz İsraildə qardaş qırğını olacağına ümid etməsinlər
Baş nazir Benyamin Netanyahu “Altalena” gəmisinin qurbanlarının illik anım mərasimində iştirak edib.

Bizimyol.info xəbər verir ki, İsrail mətbuatının verdiyi məlumata görə o, fürsətdən istifadə edərək hüquq islahatları ilə bağlı İsrailin daxili parçalanmaları barədə səsləndirilən fikirləri şərh edib.

“İsrail cəmiyyətində məhkəmə islahatları ilə bağlı daxili mübahisələr bəzi radikal elementlərin ölkənin anarxiyaya doğru sürüşməsinə səbəb olub. Açığını deyim ki, İsrail dövlətində nümayiş etmək olar, etiraz etmək olar və doğrudan da, bu baxımdan, etirazçıların əksəriyyəti demokratik şəkildə öz mövqeyini ifadə edib”,- deyə Netanyahu bildirib.

Onun sözlərinə görə, bəzi hallarda nümayişçilər qırmızı xətləri keçərək məqbul normaları kobud şəkildə tapdalayıblar: “Qanunları pozmaq, iğtişaşlar, xalqın seçilmiş nümayəndələrinə hücumlar, ictimai xadimlərin ailə üzvlərinə təhdidlər yolverilməzdir. Hökumət bütün baş verənləri diqqətlə izləyir, kimin mövcud şəraitdən necə istifadə etmək istədiyini diqqətdə saxlayır. Həmişə dediyimi bu gün deyirəm: birinci Altalena üçün yer yox idi, ikinciyə də yer yox idi”, - deyə o əlavə edib.

İsrail hökumətinin başçısının sözlərinə görə, o, baş nazir kimi Altalananın dərslərini həmişə xatırlayacaq.

“Mən ədalətli mövqelərdən əl çəkmədən dəfələrlə vurğulamışam: razılığın əldə olunması imkanlarını genişləndirmək üçün hər zaman dialoqa hazıram. Mən bunu demişəm və bu gün də təkrar edirəm: “İsraildə qardaş qırğını olmamalıdır. Düşmənlərimizə isə deyirəm: Qardaş qırğınına ümid etməyin. Demokratiyada parçalanmalar ola bilər, amma vətəndaş müharibəsi olmayacaq. Biz buna imkan vermərik”, - deyə Netanyahu yekunlaşdırıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »