Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin: Rusiya Ukraynanın əks-hücumunun qarşısını aldı
Putin: Rusiya Ukraynanın əks-hücumunun qarşısını aldı

Rusiya prezidenti Vladimir Putin Ukrayna qoşunlarının çoxdan gözlənilən əks-hücum əməliyyatına başladığını və Moskvanın müdafiə xəttini vurmaq cəhdlərinə görə Ukrayna Silahlı Qüvvələrinin “əhəmiyyətli” itkilər verdiyini bildirib.

Bizimyol.info xəbər verir ki, Putin cümə günü Soçidə Avrasiya İqtisadi İttifaqına daxil olan dövlətlərin rəhbərləri ilə görüşərkən jurnalistlərə deyib: "Biz açıq şəkildə deyə bilərik ki, Ukrayna ordusunun strateji ehtiyatlardan istifadə etməsi hücumun başladığını göstərir. Amma Ukrayna qoşunları döyüşün heç bir bölgəsində qarşıya qoyulan vəzifələrə nail ola bilməyiblər. Biz Ukrayna rejiminin qoşunlarının əhəmiyyətli itkilər verdiyini görürük", - deyən Putin detalları açıqlamayıb.

"Məlumdur ki, hücum tərəfi 3-dən 1-ə qədər itki verir - bu bir növ klassikdir hərbi aksiomadır - lakin indiki halda itkilər klassik səviyyəni əhəmiyyətli dərəcədə üstələyib", - deyə o bildirib.

Cəbhə xəttindən faktiki olaraq heç bir müstəqil reportajın olmaması, Kiyevin hərbi əməliyyatları barədə az danışması ilə Putinin iddialarını və ya Ukraynanın işğalçı qüvvələri çıxarmaq cəhdində Rusiyanın müdafiəsinə nüfuz edib-etmədiyini qiymətləndirmək mümkün deyildi.

Ukraynadakı hərbi analitiklər və mənbələr şərqdə Rusiya qüvvələri ilə cəbhə xətti boyunca bir neçə bölgədə döyüşlərin artdığı xəbərləri fonunda kampaniyanın getdikcə genişlənməyə başladığını bildirməsinə baxmayaraq, Ukrayna hakimiyyət orqanları əks-hücumları ölkənin cənub-şərqində başlayıb-başlamadığını nə təsdiq, nə də təkzib edib.

Vaşinqtonda yerləşən Müharibənin Tədqiqi İnstitutu (MTİ) cümə günü bildirib ki, “müxtəlif göstəricilər” Ukraynanın əks-hücumunun başladığını göstərir və kampaniyanın ilk mərhələsində itkilərin yüksək ola biləcəyi barədə xəbərdarlıq edilib. Çünki hücumda olan Ukrayna müdafiə olunan Rusiya qüvvələrinə qarşı cəbhə xəttini yarıb keçməyə çalışılır.

MTİ-in qeyd etdiyinə görə, Putinin Ukraynanın əks-hücum əməliyyatına birbaşa müraciət etməsi, “döyüş meydanındakı reallıqları müzakirə etmək üçün uzaqdan yanaşma”nı davam etdirən Rusiya prezidenti üçün mühüm gediş idi. Analitiklər qeyd edir ki, Kreml Ukraynanın əks-hücumunda Rusiya Qərb tərəfindən təmin edilən silah sistemlərinin əhəmiyyətsiz olduğunu ölkə icimaiyyətinə təbliğ etmək istəyir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »