Macarıstanın baş naziri Viktor Orban Türkmənistan prezidenti Serdar Berdiməhəmmədovu ölkəsinə səfərə dəvət edib.
Bizimyol.info xəbər verir ki, bu barədə onların danışıqlarının yekunu üzrə rəsmi “Neytral Türkmənistan” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Berdıməhəmmədov dəvəti qəbul edib. Danışıqlar zamanı tərəflər ölkələr arasında müxtəlif sahələrdə, o cümlədən enerji, nəqliyyat, əczaçılıq, tekstil sənayesi, investisiya fəaliyyəti, kənd təsərrüfatı və su təsərrüfatı sahələrində əməkdaşlığı müzakirə ediblər. Nəticədə elm, təhsil, su, tibb, turizm və digər sahələrdə əməkdaşlığı nəzərdə tutan səkkiz sənəddən ibarət paket imzalanıb.
Orban iyunun 8-9-da Türkmənistanda olub. Bu, onun ölkəyə ilk səfəri idi.
Bizimyol.info