"Kolumbiyada səyahət etdikləri təyyarənin qalın cəngəllikdə qəzaya uğraması zamanı itkin düşmüş dörd uşaq beş həftə sonra sağ-salamat tapılıb".
Bizimyol.info xəbər verir ki, bunu Kolumbiya prezidenti Qustavo Petro bildirib.
"Yerli icmadan olan uşaqlar cümə günü Kolumbiyanın Caqueta və Quaviare əyalətləri arasındakı sərhəddə, kiçik təyyarənin qəzaya uğradığı yerə yaxın ərazidə hərbçilər tərəfindən xilas edilib", - deyə o qeyd edib.
Mayın 1-də səhər saatlarında Amazonas əyalətindəki Araracuara və Quaviare əyalətindəki San Xose del Quaviare şəhərləri arasında marşrutda yeddi nəfəri sərnişinin olduğu "Cessna 206" təyyarəsi mühərrik nasazlığı səbəbindən qəzaya uğraması barədə xəbər verilib. Bundan sonra axtarışlara başlanılıb.
Qəza nəticəsində pilot da daxil olmaqla 3 nəfərin cəsədləri təyyarənin içərisindən tapılıb. 13, 9 və 4 yaşlı dörd uşaq, eləcə də hazırda 12 aylıq olan körpə qəzadan sonra hadisə yerində tapılmayıblar. Onların axtarışları davam etdirilib. Sağ olmaları barədə ilkin etimallar getdikcə daha çox özünü döğruldub.
Üç qız və bir oğlanın babası Narcizo Mucutuy jurnalistlərə bildirib ki, onların xilas edilməsi xəbərindən çox sevinib. "Bir baba olaraq Yari cəngəlliklərində yoxa çıxan nəvələrimin tapılmasından çox xoşbəxtəm", - deyə o qeyd edib.
Uşaqlar Huitoto xalqının üzvləridir və səlahiyyətlilər, böyük bacıların tropik meşədə necə sağ qalacağına dair müəyyən biliklərə malik olduqlarını söylədi. Kolumbiya hərbçiləri tərəfindən paylaşılan fotolarda cəngəlliyin ortasında dörd uşaqla bir qrup əsgər əks olunub.
“Bütün ölkə üçün sevindirici xəbərdir! Kolumbiya cəngəlliklərində itən dörd uşaq sağ-salamat tapılıb”, - deyə Petro "Twitter" mesajında bildirib.
Petro əvvəlcə "Twitter"dəki mesajında mayın 17-də uşaqların tapıldığını bildirsə də, daha sonra məlumatın təsdiqlənmədiyini deyərək yazını silib.
“Onlar birlikdə olublar, zəifdirlər. İndi həkimlər onların müayinəsi ilə məşğul olur. Onlar sağ-salamat tapildılar və bu, məni çox sevindirir”, - deyən Petro cümə günü jurnalistlərə bildirib. O, əlavə edib ki, uşaqlar cəngəlliyin ortasında təkbaşına özlərini müdafiə ediblər.
Axtarış itlərinin dəstəyi ilə xilasedicilər daha əvvəl uşaqların sağ qalmaq üçün yedikləri atılmış meyvələri, həmçinin cəngəllik bitkiləri ilə düzəldilmiş sığınacaqlar tapmışdılar.
Xilasetmə əməliyyatlarında Kolumbiya ordusunun hava qüvvələrinin təyyarələri və helikopterləri iştirak edib.
Qadir, Bizimyol.info
¡Una alegría para todo el país! Aparecieron con vida los 4 niños que estaban perdidos hace 40 días en la selva colombiana. pic.twitter.com/cvADdLbCpm
— Gustavo Petro (@petrogustavo) June 9, 2023