Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Birləşmiş Ərəb Əmirliklərində matəm elan edildi
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) prezidenti şeyx Xəlifə bin Zaid Əl Nəhayənin anası vəfat edib.

Qaynarinfo xəbər verir ki, bununla əlaqədar ölkədə matəm elan olunub.

Prezidentin anası Həssa bin Məhəmməd Əl Nəhayən bu gün vəfat edib. Matəm bu gündən etibarən üç gün davam edəcək.

1948-ci ildə anadan olmuş şeyx Xəlifə bin Zaid Əl Nəhayən 2004-cü ildə prezident olub. O, həmçinin Əbu-Dabi əmirliyinin rəhbəridir.

Son xəbərlər
Bütün xəbərlər »