Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ağ Ev: "İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir"
Ağ Ev: "İran Rusiyaya "Şahed" istehsalı zavodunun tikintisinə kömək edir"

İran Rusiyaya "Şahed" pilotsuz uçan aparatların istehsalı üçün zavodun tikintisinə görə lazımi materialları verir.

“Report” xəbər verir ki, bunu ABŞ-ın Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi deyib.

"Son həftələrdə Rusiya Kiyevə zərbələr endirmək üçün İranın PUA-larından istifadə edib. Rusiya ilə İran arasında hərbi tərəfdaşlıq dərinləşir. Biz, həmçinin narahatıq ki, Rusiya İranla birlikdə PUA istehsal edir", - Kirbi bildirib.

Onun sözlərinə görə, ABŞ İrandan Rusiyaya PUA istehsalı zavodunun tikintisi üçün avadanlıqların tədarükü barədə məlumatlara malikdir.

Son xəbərlər
Bütün xəbərlər »