Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Putin Ukraynanın əks-hücuma başladığını elan edib
Putin Ukraynanın əks-hücuma başladığını elan edib

Rusiya Prezidenti Vladimir Putin Ukraynanın əks-hücuma başladığını elan edib.

Bu barədə "Report" Rusiya mətbuatına istinadən xəbər verir.

"Əminliklə demək olar ki, onların əks-hücumu başlayıb və bunu strateji ehtiyatlardan istifadə sübut edir. Bu, tamamilə aşkar şeydir", - Rusiya lideri bildirib.

O qeyd edib ki, gərgin döyüşlər təxminən beş gündür davam edir.

Rusiya Prezidenti Ukrayna Silahlı Qüvvələrinin davamlı hücum potensialını da vurğulayıb.

“Rusiya hərbi rəhbərliyi mövcud vəziyyəti real qiymətləndirir və yaxın gələcəkdə öz hərəkətlərimizi bu reallıqlardan çıxış edərək quracağıq”, - V.Putin əlavə edib.

Son xəbərlər
Bütün xəbərlər »