Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İslandiya Rusiyadakı səfirliyini bağlayır
İslandiya Rusiyadakı səfirliyini bağlayır

İslandiya Moskvadakı səfirliyini müvəqqəti bağlamaq qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, rəsmi açıqlamaya görə, diplomatik nümayəndəlik avqustun 1-dən etibarən işləməyəcək.

“Bu, asan qərar deyil, lakin indiki vəziyyət sadəcə olaraq İslandiyanın kiçik diplomatik xidmətinin Rusiyada səfirliyinin olmasına imkan vermir”, - deyə İslandiya Xarici İşlər Nazirliyinin rəhbəri Tordis Gylfadottir qeyd edib.

Bildirilir ki, Rusiya Federasiyasındakı səfirliyin işinin dayandırılması iki ölkə arasında diplomatik münasibətlərin pozulduğu anlamına gəlmir. “Rusiya ilə ticarət, mədəni və ya siyasi əlaqələr ən aşağı səviyyədədir. Ona görə də səfirliyin fəaliyyətinin qorunub saxlanması artıq özünü doğrultmur”, - deyə Xarici İşlər Nazirliyindən verilən məlumatda qeyd edilir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »