Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Konqresmenlər Baydeni Kiyevə uzaqmənzilli raketlər verməyə çağırırlar - "Politico"
Konqresmenlər Baydeni Kiyevə uzaqmənzilli raketlər verməyə çağırırlar - "Politico"

ABŞ prezidenti Co Baydenin administrasiyası Ukraynaya uzaqmənzilli sursatların tədarükünə can atan ABŞ qanunvericilərinin təzyiqi altındadır.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə axşamı "Politico" qəzeti məlumat yayıb.

Nəşrin yazdığına görə, Nümayəndələr Palatasının 10 üzvü, Demokratlar və Respublikaçılardan ibarət qrup Amerika prezidentinin administrasiyasına məktub göndərərək, mümkün qədər tez zamanda "ATACMS" taktiki raket sistemlərini Kiyevə çatdırılmasına çağırıb. Konqresmenlər öz mövqelərini belə əsaslandırırlar ki, "ATACMS" artıq Ukrayna Silahlı Qüvvələrinin (USQ) sərəncamında olan "HIMARS" çoxsaylı buraxılış raket sistemlərindən buraxılır, buna görə də Ukrayna əsgərlərindən yeni təchizat zəncirlərinin təşkili və onların idarə olunması üçün uzunmüddətli təlim tələb etməyəcək.

“Düşünürəm ki, onları (ATACMS) anbarımızdan çıxarıb Ukraynaya göndərmək məqbul sayıla bilər, çünki biz uzun mənzilli raketlərin növbəti nəslinə keçək”, - müraciətin təşəbbüskarı Ceyson Krou (D-Kolorado) bildirib.

Onun sözlərinə görə, Pentaqonun məhdud raket ehtiyatı "ATACMS" tərəddüdünün səbəbidir, lakin Krou ABŞ-ın uzunmüddətli strategiyasının hələ də bu sistemlərdən daha müasir, təkmil raketlərə keçmək olduğunu vurğulayıb.

Məktub müəllifləri Baydendən "F-16" qırıcıları və əlavə hava hücumundan müdafiə sistemləri də daxil olmaqla, digər qabaqcıl silahların, xüsusən də daha bir "Patriot" raketdən müdafiə sisteminin çatdırılmasını təsdiqləməyə çağırırlar. "Hava məkanına nəzarət etmək və Ukrayna ərazisində hava üstünlüyünə sahib olmaq bacarığı əsas olacaq və Ukrayna Silahlı Qüvvələri təbii ki, köhnə qırıcılarla buna nail ola bilməzlər", - Krou deyib. Konqresmenlər həmçinin Ağ Evdən ilin sonuna qədər Ukraynaya çatdırılması planlaşdırılan "Abrams" tanklarının çatdırılmasını sürətləndirməyi xahiş edirlər.

Bundan əvvəl Dövlət Departamenti bəyan etmişdi ki, ABŞ administrasiyasının hazırkı mərhələdə "ATACMS"i Kiyevə çatdırmaq planları yoxdur. Sözçü Vaşinqtonun mövqeyini dəyişməsi üçün nəyi dəyişmək lazımdır sualına cavab verməyib. ABŞ prezidenti Co Bayden bildirib ki, Vaşinqton administrasiyası bu komplekslərin Ukraynaya verilməsi imkanlarını nəzərdən keçirməkdə davam edir.

Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin birinci müavini Derek Hoqan Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində keçən həftə keçirilən dinləmələrdə deyib ki, Vaşinqton administrasiyasının Kiyevə "ATACMS" təmin etmək planı yoxdur.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »