Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sunak: Leyboristlər hakimiyyətə gəlsə, London Rusiyadan enerji asılılığına düşəcək
Sunak: Leyboristlər hakimiyyətə gəlsə, London Rusiyadan enerji asılılığına düşəcək

Müxalif Leyboristlər Partiyası krallıqda hakimiyyətə gələrsə, Böyük Britaniya Rusiyadan və digər ölkələrdən enerji asılılığına düşmə riski ilə üzləşəcək.

Bizimyol.info xəbər verir ki, bu sözləri cümə axşamı "Sky News"a istinadən Britaniya hökumətinin başçısı Rişi Sunak deyib.

Vaşinqtona səfəri zamanı jurnalistlərin suallarını cavablandıran, baş nazir parlament müxalifətinin rəhbəri Sayrus Starmerin enerji siyasətini kəskin tənqid edib. O bildirib ki, 2024-cü il seçkilərində Leyboristlər qalib gəlsələr, Şimal dənizinin Britaniya şelfində yeni neft və qaz yataqlarının işlənməsini qadağan edəcəyini elan etməyi planlaşdırırlar.

“Düşünürəm ki, biz enerji təhlükəsizliyi məsələlərinə diqqət yetirməliyik və Leyborist Partiyasının siyasəti kimi görünən zəifliyi və asılılığı inkişaf etdirməməliyik. Onlar düşünürlər ki, ideologiya iş yerlərindən, investisiyalardan və ölkənin enerji təhlükəsizliyindən daha vacibdir, lakin mən hesab edirəm ki, bu, yanlışdır, həmçinin Böyük Britaniya üçün belə bir siyasət tamamilə qəbuledilməz olar”, - deyə Sunak bildirib.

O hesab edir ki, Starmerin enerji siyasəti yalnız Rusiya prezidenti Vladimir Putini təsnif etdiyi “diktatorlar və avtokratlar” üçün faydalıdır.

Starmerin iyun ayında açıqlayacağı enerji siyasəti ilə bağlı təklifləri onun partiyasının üzvləri, eləcə də Britaniya həmkarlar ittifaqlarının rəhbərliyi tərəfindən tənqid edilib. Leyboristlərin lideri etiraf edir ki, Böyük Britaniyanın gələcək onilliklər ərzində neft və qaza ehtiyacı olacaq, lakin o, bərpa olunan enerji mənbələrinə keçidi sürətləndirməyi, eləcə də o, neft-qaz sənayesini buna hazırlamağın zəruri olduğunun bildirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »