Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Sandu Ukraynadan taxıl idxalına qadağa qoymayacağını bildirib
Sandu Ukraynadan taxıl idxalına qadağa qoymayacağını bildirib

Moldova prezidenti Maya Sandu bildirib ki, hökumət bir çox Aİ ölkələri kimi Ukraynadan taxıl ixracına qadağa qoyulmasını tələb edən etirazçı fermerlərə təslim olmaq niyyətində deyil.

Bizimyol.info xəbər verir ki, Sandu cümə axşamı ölkə telekanalının efirində danışarkən bildirib.

“Fermerlərin müəyyən problemləri var, mən konteksti başa düşürəm. Amma eyni zamanda, biz ölkəni Ukraynaya bağlaya bilmərik. Etiraz edəcəklər, danışacaqlar, sonradan hansısa həll yolu taparlar”, - deyə o qeyd edib.

Hökumətin hərəkətlərindən narazı olan moldovalı fermerlər çərşənbə günü ölkənin müxtəlif bölgələrində traktor, kombayn və digər kənd təsərrüfatı texnikaları ilə yolları bağlayaraq etiraz aksiyası keçiriblər. Bundan əvvəl etiraz aksiyalarını təşkil edən “Fermerlərin Gücü” Assosiasiyasının rəhbərliyi bəyanat yayaraq, hökumətlə aparılan danışıqlardan narazı olduğunu bildirib.

Fermerlər Ukraynadan buğda, qarğıdalı və günəbaxan toxumlarının idxalına müvəqqəti məhdudiyyət qoyulmasını, kiçik və orta taxıl istehsalçılarına hər hektar üçün təqribən 170 ABŞ dolları məbləğində kompensasiya ödənilməsini, ötən il üçün subsidiyalar üzrə borcların ödənilməsini və yanacağın alınması üçün əlavə dəyər vergisi pulunun geri qaytarılmasını tələb ediblər.

Bundan əlavə, fermerlər hesab edirlər ki, Moldovanın Dunaydakı Giurgiulesti limanı iyulun 1-dən iyulun 31-dək yalnız Moldova məhsullarını ixrac etməlidir.

Avropa Komissiyası bundan əvvəl Ukraynadan müəyyən taxıl məhsullarının idxalına qadağalar qoyub ki, bu da Bolqarıstan, Macarıstan, Polşa, Rumıniya və Slovakiyada bu məhsullarla bağlı logistik çətinliklərin aradan qaldırılmasına yönəlib. Qadağa mayın 2-dən qüvvəyə minib və sentyabrın 15-dək davam edəcək.

Moldova fermerləri ötən il quraqlıq, yüksək inflyasiya, eləcə də kredit faizlərinin artması nəticəsində kiçik və orta fermerlərin böyük əksəriyyətinin iflas ərəfəsində olduğunu qeyd edərək, hakimiyyət orqanlarından oxşar qadağa tətbiq etməyi xahiş ediblər. Bundan əlavə, ölkədə taxılın, qarğıdalının və günəbaxanın qiyməti demək olar ki, yarıya qədər ucuzlaşıb.

Baş nazirin müavini - Moldovanın kənd təsərrüfatı naziri Vladimir Bolya daha sonra hökumətin bir sıra Şərqi Avropa ölkələri kimi Ukraynadan taxıl idxalını məhdudlaşdırmaq planlarını açıqlayıb. Buna cavab olaraq, Ukraynanın iqtisadi inkişaf, ticarət və kənd təsərrüfatı nazirinin müavini Taras Kaçka Kişinyovun planlarını “son dərəcə qeyri-dost addım” adlandırıb və bunun Moldovadan bütün idxallara dərhal qadağa qoyulmasına gətirib çıxaracağını bildirib.

Daha sonra Bolya bildirib ki, Ukrayna taxılının idxalına qadağa qoyulmayacaq, çünki qonşu ölkədən idxal olunan həcmlər kiçikdir və yerli fermerlər üçün mənfi nəticələr vermir. Bunun müqabilində səlahiyyətlilər fermerlərə əlavə köməklik göstərəcəklərini vəd edib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »