Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesinə münasibət bildirib.
APA xəbər verir ki, Zaxarova qeyd edib ki, regionun və münaqişəni tarixini bilmək, xalqları tanımaq, sülh yolu ilə nizamlanmaya hərtərəfli hazır olmaq lazımdır.
XİN rəsmisi həmçinin xatırladıb ki, Moskva Ermənistanla Azərbaycan arasında üçtərəfli formatda münasibətlərin normallaşmasına çalışır və bu prosesdə üç ölkə liderləri arasında imzalanmış sazişlər toplusunu qeyd-şərtsiz yol xəritəsi hesab edir:
“Rusiya heç nə formalaşdırmaq istəmir, bunun üçün çalışmır, çünki prioritet - tərəflərin məsələlərə yanaşmalarını bir-birinə yaxınlaşdırmaq və balanslaşdırılmış həll yollarını hazırlamaqdır”, - Zaxarova əlavə edib.