Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İnternet kəsilir, şagirdlər onlayn dərslərdə iştirak edə bilmir - Boradigah müəllimləri
İnternet kəsilir, şagirdlər onlayn dərslərdə iştirak edə bilmir - Boradigah müəllimləri

Masallı rayonu Boradigah qəsəbəsinin bir qrup müəllimi və sakinləri Azərbaycan Rəqəmsal İnkişaf və Nəqliyyat naziri Rəşad Nəbiyevə ölkənin ən böyük qəsəbələrindən olan bu yaşayış məntəqəsindəki internet problemi ilə bağlı müraciət ediblər.

Bizimyol.info xəbər verir ki, qəsəbə sakinlərinin nazir Rəşad Nəbiyevə etdikləri müraciətdə deyilir: “Hörmətli nazir, artıq xeyli müddətdir ki, Boradigah qəsəbəsinin internet təminatında ciddi problemlər yaşanır. Xətlərin köhnə olması səbəbindən tez-tez kəsilmələr baş verir ki, bu həm ciddi problemə, həm də haqlı narazılığa səbəb olur.

Son günlər hava şəraitilə əlaqədar qəsəbədə yüzlərlə abonentin telefonu və interneti kəsilib. Boradigahda iki məktəb, bir xəstəxana fəaliyyət göstərir. Xeyli məktəbli onlayn hazırlıq məşğələlərinə qoşula bilmir, dərslərindən  geri qalırlar. Bundan əlavə qəsəbənin yüzlərlə sakini işlərilə əlaqəli ya qəsəbə, ya da ölkə xaricində yaşayır ki, internetdəki kəsilmələr onların da ailələri ilə əlaqə saxlamasına ciddi problemlər yaradır.

Cənab nazir, bildiyimiz qədər keyfiyyətli internet imkanı verən “GPON” sistemi qəsəbəmizin yaxınlığınadək gətirilib. Sizdən xahiş edirik, qəsəbəmizdə də analoji sistemin tətbiqinin sürətləndirilməsi ilə bağlı göstəriş versiniz”.

Redaksiyaya göndərilən müraciəti  Əlövsət Hüseynov, Akif Cavadov, Ədalət Əhmədov, Məmməd Məmmədov, Vasif Məmmədov, Vaqif Şərifov, Böyükağa Zeynalov, Yasər Teymurov, Elçin Əhmədov və ümumilikdə 40 nəfər qəsəbə sakinləri imzalayıblar.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »