Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan Azərbaycan daxil olmaqla, andiçmə mərasimində iştirak edən ölkələrə minnətdarlıq edib
Ərdoğan Azərbaycan daxil olmaqla, andiçmə mərasimində iştirak edən ölkələrə minnətdarlıq edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyunun 3-də Ankarada səlahiyyətlərinin icrasına başlaması mərasiminə qatılan ölkələrə minnətdarlığını bildirib.

"Report" xəbər verir ki, Nazirlər Kabinetinin bu gün keçirilən iclasından sonra açıqlama verən Türkiyə lideri Azərbaycan daxil olmaqla, tədbirdə iştirak edən dövlət və hökumət başçılarına təşəkkür edib.

“Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına təşəkkürümüzü bildirirəm. 5 mindən çox qonağın iştirakı ilə andiçmə mərasimimizi keçirdik. Mərasimdə iştirak edən bütün dövlət və hökumət başçılarına, xüsusən də həmvətənlərimə təşəkkür etmək istəyirəm. Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına minnətdarlığımızı bildirirəm. Bildirmək istərdim ki, minlərlə kilometr uzaqdan gələrək göstərdikləri lütfkarlığı heç vaxt unutmayacağam", - Ərdoğan deyib.

Son xəbərlər
Bütün xəbərlər »