Xarici işlər naziri Ceyhun Bayramov avstriyalı həmkarı Aleksander Şallenberqlə görüşüb.
APA xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi Tvitterdə məlumat yayıb. Bildirilib ki, görüş hazırda davam edir.
Qeyd olunub ki, Azərbaycan və Avstriya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq, regional və beynəlxalq təhlükəsizlik görüşün gündəliyinin əsas məsələləridir.