Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Borrell Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacı ilə bağlı danışıb
Borrell Cənubi Koreyanın müdafiə naziri ilə Ukraynanın sursat ehtiyacı ilə bağlı danışıb

Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borrell Cənubi Koreyanın müdafiə naziri Li Çon Supla görüş keçirib.

“Report” xəbər verir ki, bu barədə avropalı diplomat tviterdə bildirib.

Görüş Sinqapur Təhlükəsizlik Sammiti çərçivəsində baş tutub.

Borrell qeyd edib ki, o, Li Çon Supla Ukraynanın sursata olan ehtiyaclarını müzakirə edib.

“Şimali Koreyanın davam edən təxribatları ilə bağlı narahatlığı paylaşdıq və Ukraynanın sursat ehtiyaclarını müzakirə etdik. Uğurlu zirvə görüşümüzdən sonra yeni təhlükəsizlik və müdafiə tərəfdaşlığı inkişaf etdirmək üçün birlikdə çalışırıq”, - Borrell vurğulayıb.

Son xəbərlər
Bütün xəbərlər »