Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yenidən Türkiyə Prezidenti seçilmiş Ərdoğan and içib
Yenidən Türkiyə Prezidenti seçilmiş Ərdoğan and içib

Yenidən Türkiyə Prezidenti seçilmiş Rəcəb Tayyib Ərdoğanın bu gün andiçmə mərasimi keçirilib.

APA xəbər verir ki, mərasim Türkiyə Böyük Millət Məclisində keçirilib.

Ərdoğanı müvəqqəti Məclis Sədri MHP sədri Devlet Bahçeli qarşılayıb.

Tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir.

Rəcəb Tayyib Ərdoğan mərasimdən sonra Anıtqəbiri ziyarət edəcək.

Türkiyə Prezidenti daha sonra Nazirlər Kabinetinin yeni tərkibini açıqlayacaq.

Son xəbərlər
Bütün xəbərlər »