Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İlkin Süleymanov: "Təəssüf ki, ailəsi Nərminin başına gələnlərin araşdırılmasında maraqlı deyil..."
İlkin Süleymanov: "Təəssüf ki, ailəsi Nərminin başına gələnlərin araşdırılmasında maraqlı deyil..."

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 11 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 2020-ci il yanvarın 6-da kənddə yandırılmış meyitin tapılmasıyla bağlı iki ildir davam edən məhkəmə prosesi yekunlaşır. İyunun 2-də Gəncə Ağır Cinayətlər Məhkəməsində azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanov son sözünü deyib. O, son sözündə təqsirsiz olduğunu, şərlənərək həbs edildiyini, bu cinayətin işgəncə yoluyla onun üzərinə qoyulduğunu vurğulayıb.

Bizimyol.info xəbər verir ki, İlkin Süleymanov son sözündə İlkin Süleymanov tapılan meyitin Nərmin Quliyevaya məxsus olmasına şübhə ilə yanaşdıqlarını bildirib. O, meyitin boyunun uzun olmasına diqqət çəkib. Qeyd edib ki, meyitdən qan yanvarın 7-də götürülüb, üstündən günlər keçəndən sonra genetik ekspertizaya göndərilib. Məhkəmədə dindirilən ekspert bildirib ki, ona gələndə qan laxtalanmış halda deyildi, duru idi:

"O qədər müddətdə o qan necə duru halda qala bilərdi? Bir neçə kəlmə də Nərminin ailəsinin mənə qarşı qərəzindən danışmaq istəyirəm. Meyitlə bağlı şübhələrimiz var. Amma ailəsi ekskumasiyaya qəti şəkildə etiraz etdi. Təəssüf edirəm ki, ailəsi Nərminin başına gələnlərin obyektiv araşdırılmasında maraqlı deyil. Əksinə, onların bir mövqeyi var ki, İlkin Süleymanov tutulub, o da cəza alsın. Məhkəmədə çıxışlarımızda üzə çıxartdığımız saxtakarlıqların heç biri onları maraqlandırmır. iHalbuki, bunlar ilk növbədə ata olaraq Şərifin özünü maraqlandırmalıydı..."

Hakim Dadaş İmanov bir neçə dəfə İlkin Süleymanovun son sözünü kəsib, çıxışına müdaxilə edib.

İlkin Süleymanov cuna başvermə səbəbi haqda cinayət işinin materiallarında yazılanların da absurd olduğunu bildirib. Orada iddia olunur ki, o, kənddəki 11 yaşlı uşağı övladlığa götürmək üçün oğurlayıb:

"Mən övladlığa uşaq götürürdümsə, onu niyə 47 gün soyuq otaqda saxlayırdım, ona niyə əzab verirdim? Burada məntiq yoxdur. Mənim yaxınlarımın uşaqları var, istəsəyfim, onlardan götürüb saxlayardım. Həm övladlığa götürmək məqsədilə uşaq oğurlayasan, həm də onu soyuq otaqda saxlayasan, əzab verəsən - absurddur. Bunu anlaqsız, psixi xəstə adam eləyər. Ekspertiza mənim psixi baxımdan sağlam olmağım haqda rəy verib..."

Hakim son sözünü kəsib, ondan qısa danışmağı, konkret məhkəmədən xahişini səsləndirməsini tələb edib.

"Mən bu cinayətdə şərlənərək, heç bir günahım olmadan həbs olunmuşam. 3 il yarımdır ki, həbsdə saxlanılıram. Məhkəmədən də xahişim budur ki, bu ədalətsizliyə son qoyulsun. Ədalətsizliyə son qoyulması isə bəraət hökmü çıxarılması olar...", - deyə o, son sözünü tamamlayıb.

Bu iş üzrə hökm iyunun 5-də elan olunacaq.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 133.2.1 (oğurlanmış şəxsə əzab vermə), 133.2.4 (yetkinlik yaşına çatmayan, köməksiz vəziyyətdə olan şəxsə əzab vermə), 144-cü (adam oğurluğu) maddələrilə ittiham olunur.

Prokuror ona 20 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Prokurorluq ona işgəncə verilməsi haqda iddiaları rədd edib.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »