Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat gətirilib
Polşadan Moldovaya 6 təyyarə dolusu silah və sursat gətirilib

Polşanın daxili işlər naziri Mariuş Kaminski Moldova polisinə silah, sursat və texnika göndərmək qərarına gəldiklərini bildirib.

Bizimyol.info xəbər verir ki, bu barədə Kaminski sosial media hesabında yazıb.

"Daxili sabitliyi pozmaq cəhdlərinə müqavimət göstərən müstəqil və suveren Moldovanın bizim köməyimizə ehtiyacı var. Ona görə də Moldova polisinə külli miqdarda silah, sursat və texnika göndərmək qərarına gəldik. Əmin olmaq istərdik ki, bu silahlar əminamanlığın qorunmasına xidmət edəcək”, - deyə o bildirib.

Sözügedən silahların ölkədə sabitliyi pozmaq cəhdlərinin qarşısını almağa kömək edəcəyini bildirən Kaminski, silahların 2 ədəd "C-130 Hercules" və 4 ədəd "CASA C-295M" təyyarəsi ilə aparıldığını bildirib.

Kaminski həmçinin Moldova tərəfindən həbs qərarı çıxarılan rusiyayönlü ŞORA partiyasının lideri İlana Şoranın da sanksiya siyahısına salındığını açıqlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »