Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Danilov: Moskvaya dron hücumları özlərinin hazırladıqları əməliyyat ola bilər
Danilov: Moskvaya dron hücumları özlərinin hazırladıqları əməliyyat ola bilər

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov bildirib ki, Ukraynanın bu yaxınlarda Moskvaya pilotsuz təyyarə hücumu ilə heç bir əlaqəsi yoxdur.

Bizimyol.info xəbər verir ki, o, bu barədə “azadlıq” radiosuna müsahibəsində belə bir əməliyyatın effektivliyi ilə bağlı sualı cavablandırarkən deyib.

"Bir daha qeyd etmək istəyirəm ki, bizim bununla heç bir əlaqəmiz yoxdur. Əgər onlar bu şəkildə özləri üçün bəzi əməliyyatlar hazırlayırlarsa, onda necə? Mən nə deyə bilərəm?" – deyə o bildirib.

Eyni zamanda, Danilov Moskvanın Rusiya Federasiyası ərazisində ən qorunan yer olduğunu vurğulayıb.

“Hətta Putin bəzən orada görünür, özü və ya dublyoru. Orda uçursa, o zaman sual olunur ki, havadan müdafiə haradadır, damlardan asdıqları mühafizə haradadır? Bu videoları xatırlayırsınız? Bunu planlaşdırdığı düşünülən hər hansı kənar qüvvə məqsədinə nail olmaq üçün niyə ölkənin ən çox mühafizə olunan şəhərini hədəf seçsin? Bunu demək mənim üçün çətindir. Rusiya Federasiyasının vətəndaşları bunu necə bəyənəcəklər, orada bu baş verərsə, onlar nə qədər rahat olacaqlar”, - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.

Ukrayna mətbuatı yazır ki, mayın 30-da səhər saatlarında pilotsuz təyyarələr Moskvanın qərb kənarına hücum edib. Rusiya paytaxtında gurultulu partlayışlar səslənsə də, bu hücum ciddi ziyana səbəb olmayıb. Bildirilib ki, ümumilikdə, Moskvaya yaxınlaşarkən ruslar 13 pilotsuz təyyarəni vurub, daha üç PUA isə Leninski prospekti, Profsoyuznaya küçəsi və Atlasova küçəsindəki yaşayış binalarını vurub.

Rusiya ənənəvi olaraq bu dron hücumuna görə Ukraynanı ittiham edir. Ukrayna isə belə bir hücum palanlarının olmadığını bildirir.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »