Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ermənistan Rusiyanın müttəfiqidir, lakin... - Paşinyan
Ermənistan Rusiyanın müttəfiqidir, lakin... - Paşinyan

Ermənistanın baş naziri Nikol Paşinyan bildirib ki, Ermənistan Rusiyanın müttəfiqidir, lakin Ukrayna ilə müharibədə deyil.

"Biz (Ermənistan) Rusiyanın müttəfiqiyik. Təbii ki, bu, heç vaxt yüksək səslə deyilməyib, amma məncə, bunu görmək mümkündür. Lakin biz Ukrayna ilə müharibədə Rusiyanın müttəfiqi deyilik. Və bu müharibə ilə bağlı hisslərimiz ondan ibarətdir ki, biz bu münaqişədən narahatıq, çünki bu, bizim bütün münasibətlərimizə birbaşa təsir göstərir”, - deyə Paşinyan CNN primanews telekanalına müsahibəsində bildirib (4-5 may tarixlərində Çexiyaya rəsmi səfəri çərçivəsində verilib).

O izah edib ki, Qərbdə Ermənistanın Rusiyanın müttəfiqi olduğunu görürlər, Rusiyada isə görürlər ki, “biz Ukraynadakı müharibədə onun müttəfiqi deyilik və belə çıxır ki, biz bu vəziyyətdə heç kimin müttəfiqi deyilik, ona görə də bizə qarşı həssasdırlar”.

"Görünür, bu toqquşmalar arasında manevr etmək variantı var, amma həqiqət budur ki, vəziyyət nə qədər çətin olsa, manevr imkanları da bir o qədər daralır. Biz öz fikrimiz olmadığı üçün yox, təəssüf ki, vəziyyətdən asılı olaraq manevr edirik. Bizim daha çox narahatlıqlarımız var və bu, bizə başqa narahatlıqların həllində daha çox iştirak etməyə imkan vermir”, - deyə Paşinyan vurğulayıb.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »