Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Paşinyan Ermənistan və Azərbaycanın anklavları məsələsinə toxunub
Paşinyan Ermənistan və Azərbaycanın anklavları məsələsinə toxunub

Ermənistan, Ermənistanın, Azərbaycanın və ya hər hansı digər ölkənin silahlı qüvvələrinin olmaması üçün sərhəd boyu demilitarizasiya zonası yaratmağı təklif edir.

Bizimyol.info xəbər verir ki, bu fikirləri Ermənistanın baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə deyib.

"Biz bu əsasda razılığa gəlməyə hazırıq. Deyə bilmərəm ki, indi bizim yekun nəsə var, amma hazır olduğumuzu bildiririk", - deyə Paşinyan əlavə edib.

Ermənistanın baş naziri izah edib ki, erməni tərəfi hərbi eskalasiyanın sonrakı inkişafı üçün istifadə oluna biləcək bütün bəhanələri aradan qaldırmaq və zərərsizləşdirmək istəyir.

Bundan əlavə, Nikol Paşinyan çıxışı zamanı anklavlar (Ermənistan və Azərbaycan arasında - red.) məsələsinə də toxunub.

"Onlar (Azərbaycan) deyirlər – “kəndlər”, biz də deyirik –“ yaxşı, bizim də kəndlərimiz var və qayıtmağa hazırıq, siz hazırsınızmı?, əgər belədirsə, onda gəlin indidən dəyişək”.

Amma digər tərəfdən, biz heç bir şəkildə Ermənistan Respublikasının maraqlarını aşağı salmırıq, əksinə, Paravakar kəndində əkin sahələrinin 70%-i azərbaycanlıların nəzarətindədir, bu kəndin sakinlərinin, onların rifahını inkişaf etdirmək imkanını əldən vermirik.

Eyni zamanda səmimi olmalıyıq ki, hər dəfə beynəlxalq ictimaiyyəti və ya başqalarını çaşdırmayaq. Mənim üçün yaxşı xəbər odur ki, həm danışıqlar masası arxasında, həm İrəvanda, həm qapalı məkanda, həm də ictimaiyyət qarşısında eyni şeyi deyirəm, bu, çox vacib üstünlükdür”, - deyə o, bildirib.

Məlumat üçün bildirək ki, Paşinyan bir qədər əvvəl qeyd edib ki, Ermənistan və Azərbaycanın anklavları məsələsi ilə bağlı hələ heç nə qərarlaşdırılmayıb, lakin müzakirələr gedir.

Bundan əlvə o, 86,6 min kvadratmetr ərazidə Azərbaycanın ərazi bütövlüyünü tanımağa hazır olduğunu bir neçə dəfə bəyan edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »