Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Onlar artıq buradadırlar": ABŞ-da yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəliblər
"Onlar artıq buradadırlar": ABŞ-da yadplanetlilər haqqında gözlənilməz nəticəyə gəliblər

Yadplanetlilər Yer kürəsini ziyarət edib və hələ də buradadırlar. Bizimyol.info xəbər verir ki, bu fikirləri Stenford Universitetinin professoru Harri Nolan bu yaxınlarda Nyu-Yorkda keçirilən tematik konfransda deyib.

Alimin fikrincə, yadplanetlilərin planetimizə səfər etməsi ehtimalı yüz faizdir. O, insanların yadplanetlilərlə artıq tanış olduğunu, lakin İspan gəmilərini ilk görən Cənubi Amerika qəbilələri kimi onlar da yadplanetlilərdə qeyri-adi heç nə görmədiklərini irəli sürüb.

"Onlar ortaya çıxıb deyirlər ki,"neçəniz nəyə baxdığınızı biləcək qədər ağıllısınız? Qarşınızda olanı əsl formasında görə bilirsinizmi? Anormal məlumat sıçrayışlarını görürsünüz?”"- deyə Nolan əlavə edib.

Professor ABŞ Konqresində yerdənkənar həyatla bağlı dinləmələrdə iştirak etdiyini, həmçinin “vurulan təyyarələr üçün tərs mühəndislik proqramlarında” iştirak edən insanları tanıdığını deyib. Onun fikrincə, bu araşdırmalar nəticəsində əldə edilən kiçik bir bilik belə əsl texniki inqilaba səbəb ola bilər.

Xarici nəşrlərin məlumatına görə, Mərkəzi Kəşfiyyat İdarəsi Nolanı “Havana sindromu”nun təhqiqatına, eləcə də “ehtimal ki, UNO-ların qoyub getdiyi” materialların təhlilinə cəlb edib.

Bildirilir ki, onun şərhləri ABŞ-da yerdənkənar həyatın axtarışına marağın yenidən artması fonunda gəlib. Belə ki, Kaliforniya Universitetinin bir qrup alimi yadplanetlilərin 2029-cu ildə Yerlə təmas qura biləcəkləri fərziyyəsini irəli sürüblər.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »