Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin Ukrayna üzrə danışıqlar üçün şərait yaratmağa hazırdır - Xüsusi elçi
Çin Ukrayna üzrə danışıqlar üçün şərait yaratmağa hazırdır - Xüsusi elçi

Ukrayna münaqişəsinin tərəfləri danışıqlarda çətinliklərlə üzləşirlər, lakin onlar üçün şərait yaratmaq vacibdir, Çin buna hazırdır.

Bizimyol.info xəbər verir ki, bunu Çin Xalq Respublikasının Avrasiya regionu üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turunun yekunlarına dair mətbuat konfransında deyib. O, bildirib ki, bu gün tərəflər hələ də danışıqlar masası arxasına əyləşməkdə çətinliklərlə üzləşirlər, lakin sadəcə olaraq ortaya çıxıb konsensusa, ortaq məxrəcə gələcək, tədricən şərtləri formalaşdıracaq biri olmalıdır.

“Nə qədər ki, bu, öz töhfəsini verəcək, deeskalasiya və danışıqlar üçün Çin buna hazırdır”, - deyə Li Hui bildirib.

Məlumat üçün bildirək ki, ötən həftə Çinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui Avropa turnesini başa vurub, bu səfər zamanı Ukrayna, Polşa, Fransa, Almaniya və Belçika, Rusiyaya səfər edib və burada Ukrayna böhranının siyasi həlli üçün Çinin sülh təşəbbüsünü müzakirə edib.

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşdə Li Hui Çinin Rusiya da daxil olmaqla Ukrayna böhranı ilə bağlı bütün tərəflərlə dialoqu gücləndirəcəyini və bunun siyasi yolla həlli üçün real səylər göstərəcəyini bildirib.

Onu da qeyd edək ki, hələ fevral ayında Çin hakimiyyəti Moskva ilə Kiyev arasında münaqişənin həlli üçün öz planını təklif etmişdi.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »