Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakı və İrəvan ərazi bütövlüyünə hörməti bir daha təsdiqlədi - Yelisey sarayı
Bakı və İrəvan ərazi bütövlüyünə hörməti bir daha təsdiqlədi - Yelisey sarayı

Moldovada keçirilən beştərəfli görüşün yekunlarına dair Yelisey Sarayının bəyanatında deyilir ki, Azərbaycan və Ermənistan ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiqləyiblər.

"Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri Alma-Ata Bəyannaməsi ilə müəyyən edilmiş sərhədlərə hörmətlə bağlı 2022-ci il oktyabrın 6-da Praqada formalaşdırdıqları öhdəliklərini bir daha təsdiq etdilər. Onlar Azərbaycan və Ermənistanın ərazi bütövlüyünə qarşılıqlı hörməti bir daha təsdiq etdilər," – deyə bəyanatda deyilir.

Bizimyol.info xəbər verir ki, həmçinin bəyanatda qeyd olunub ki, Avropa liderləri Ermənistan və Azərbaycanı bütün öhdəliklərinə əməl etməyə, xüsusən də hərbi əsirlərin tezliklə azad edilməsinə çağırıblar.

Bundan əlavə, açıqlamada, Aİ-nin monitorinq missiyasının töhfəsinin vacibliyini xatırladılıb və “Qarabağ erməniləri” üçün hüquq və təminatların müəyyənləşdirilməsinin vacibliyini vurğulayıblar.

Onu da əlavə edək ki, Fransa Prezidenti istənilən düşmənçilik ritorikasından əl çəkməyin və regionun bütün əhalisinin rifahı naminə sülhün bərpası üçün səylərin davam etdirilməsinin vacibliyini vurğulayıb.

Məlumat üçün bildirək ki, Moldovada keçirilən Avropa Siyasi Birliyinin sammiti çərçivəsində Prezident İlham Əliyev Fransa və Almaniya liderlərinin, eləcə də Avropa Şurasının rəhbərinin vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Pşinyanla görüşüb.

Qeyd edək ki, görüşdən sonra Paşinyan Moldovada Avropa Siyasi Birliyinin kənarında İrəvan və Bakının 1975-ci ilin sovet xəritələrinə əsaslanaraq delimitasiyaya dair daha əvvəl razılaşdıqlarını bəyan edib.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »