Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya münaqişənin həllində maraqlı olsaydı, bununla bağlı razılıq əldə olunardı"
"Rusiya münaqişənin həllində maraqlı olsaydı, bununla bağlı razılıq əldə olunardı"

2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan qələbə çalıb, 30 il işğal altında olan torpaqlarını geri qaytara bilsə də, Ermənistanla sülh müqaviləsinin imzalanması sözün əsl mənasında “daşa dirənib”. Azərbaycan bu istiqamətdə tələb olunan addımları atsa da, görünən odur ki, Ermənistanı tələb olunan addımları atmaqdan çəkindirən böyük güclər var.

Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəməyən güclər hansıdır?

“Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasını istəyəmən qüvvələr, beynəlxalq təşkilatlar, dövlətlər var. Burada ilk sıralarda Amerikanı, Fransanı, Rusiyanı görmək olar. Bu ölkələrin adını əbəs yerə çəkmirəm. Çünki bu ölkələr ATƏT-in Minsk qrupunun həmsədr ölkələridir. Münaqişənin davam etdiyi 30 il ərzində, münaqişənin həlli zəmnində heç bir addım atılmayıb. Hətta zaman-zaman onların ermənipərəst mövqelərinin də şahidi olmuşuq”.

Bu barədə Bizimyol.info xəbər portalına “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı danışıb. Siyasi şərhçi qeyd edib ki, sülh müqaviləsinin imzalanmasını istəməyən ölkələrdən biri də Almaniyadır. Almaniya ATƏT-in həm sədr ölkələrindən biri deyil. Amma dünənki görüşdə Almaniya kansleri Olaf Şolts da iştirak etdi. Görünən odur ki, Avropada öndə olan ölkələr hərəkətə keçiblər. Hətta Almaniya belə…

“Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı “Ağ Partiya” sözçüsü, siyasi şərhçi Cavanşir Abbaslı

“İkinci Qarabağ savaşında Amerika, hətta susmayan Fransa, Paşinyanın müharibənin getdiyi dövrdə Parisə çağıran və müharibənin getdiyi dövrdə “Azərbaycan Qarabağda işğalçı müharibə aparır” deyən Makron, bu gün burada “sülh göyərçini” rolunda çıxış etməyə çalışır. Biz təbii ki, keçmişi unutmamışıq. Biz müharibənin bitməsinə günlər qalmış, alman jurnalisti İlham Əliyevlə müsahibəsində İlham Əliyeva verdiyi sualı da unutmamışıq. O, əslində Almaniyanın mövqeyni ifadə etmişdi”-deyən Cavanşir Abbaslı bildirib ki, Rusiya da bu münaqişənin həllini istəmir. Əgər Rusiya bu münaqişənin həllində maraqlı olsaydı, “10 noyabr” bəyanatında bununla bağlı razılıq əldə olunardı. O zaman proseslər də bu günə kimi uzanıb, indiki vəziyyətə gəlib çatmazdı.

P.S. Görünən odur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin bağlanması sadəcə bu iki ölkənin əlində olan bir proses deyil. Yəni Ermənistan istəsə belə, ona mane olan qüvvələr və güclər var. Hansı ki, 30 il ərzində bu ölkələr Azərbaycan-Ermənistan arasında olan müharibədən "bəhrələniblər". Sadə dillə desək, Azərbaycan coğrafi olaraq elə bir mövqedədir ki, bütün ölkələrin bu torpaqda "gözü" var.

İradə Cəlil, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »