Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Dini maarifləndirməni dövlət etsə, gənclərimizi kənarın zərərli təbliğat və təşviqatından qoruya bilərik"
"Dini maarifləndirməni dövlət etsə, gənclərimizi kənarın zərərli təbliğat və təşviqatından qoruya bilərik"

Biz azadlıqlarımızı ciddi şəkildə təhlükəyə atmadan dinin sosial həyatımıza təsirini unutmamalıyıq. Din fövqəltəbii olanlara qeyd-şərtsiz inanmağa əsaslanan bir inanc sistemidir ki, bir sıra əxlaq normalarını, davranış qaydalarını, ritualları özündə cəmləşdirir və insanları birləşdirir. Tarixən dini dünyagörüşünə fərqli münasibət olub: bəziləri imanı həyatın mənası adlandırıb, bəziləri dinin mövcudluğunun zəruriliyini inkar edib. Din əslində ibtidai dövrlərdə yaranıb. Dinin ən erkən formalarından biri totemizm, insanlarla heyvanlar və ya bitkilər arasında mistik əlaqəyə inam idi. Daha sonra insanlar cansız cisimlərə və təbiət hadisələrinə sitayiş edirdilər. Zaman keçdikcə, dinlər daha da mürəkkəbləşməyə başladı. İnsanlar bir çox tanrılara sitayiş etməyə başladılar. Bütpərəstlik panteonu monoteizmlə əvəz olundu - monoteizm yarandı. Daha sonra İslam, yəhudilik, xristianlıq kimi dünya dinləri meydana gəldi.

Tədqiqatçıların fikrincə, qloballaşma və regionalizm kimi dünya proseslərinin inkişafı kontekstində müasir cəmiyyətin həyatında dini amilin əhəmiyyəti kəskin şəkildə artır. Həyatda dini amilin kəskin artması həmişə tarixin kəskin dönüşlərində baş verir. Bəşəriyyətin inkişafının yeni mərhələsinə qədəm qoyduğu indiki mərhələ həm də cəmiyyətin həyatında dinin rolunun güclənməsi ilə əlamətdardır. Bu səbədən də, müxtəlif dinlərin, dindarların qarşılıqlı əlaqəsi, dini tolerantlıq məsələləri bu gün çox aktualdır. Dini tolerantlıq müxtəlif dinlərə və konfessiyaya mənsub olan dindarlar, dini birliklər arasında qarşılıqlı hörmət, mövcudluq və fəaliyyət hüquqlarının qarşılıqlı tanınması prinsipinə əsaslanan münasibətlərdir.

Milli Məclisin deputatı Ceyhun Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda hər zaman dinimizə, milli-mənəvi dəyərlərimizə dövlət səviyyəsində çox böyük diqqət və qayğı olub.

Ceyhun Məmmədov Ceyhun Məmmədov

“Belə ki, bu gün Azərbaycanda həyata keçirilən siyasət nəticəsində ölkəmiz dünyanın ən tolerant-multikultural ölkəsidir. Bu gün Azərbaycanda dini icmalar arasında münasibətlər ən yüksək səviyyədədir. Dövlət nəinki buna şərait yaradır, eyni zamanda onlara qayğı, yardım göstərir və hər zaman onların yanında olur”-deyə deputat bildirib.

Azərbaycanda dinin təbliğinə gəldikdə isə, Ceyhun Məmmədov qeyd edib ki, bu gün Azərbaycan dinə, din sahəsinə böyük bir diqqətlə qayğı göstərir.

“Bu sahədə müəyyən problemlər də var. Dövlət onların aradan qaldırılması istiqamətində səy göstərir. Bu istiqmaətdə davamlı addımlar atır. Bütün bunlarla yanaşı dinin siyasiləşməsinə ciddi cəhdlər var. Din pərdəsi altında zərərli ideologiyaların təbliğinə cəhdlər də var. Zaman- zaman, ayrı-ayrı ölkələr Azərbaycanda bu istiqamətdə müəyyən təbliğat şəbəkəsini qurmağa çalışıblar. Son günlər Azərbaycan Milli mühafizə orqanları bu istiqamətdə davamlı addımlar atırlar. Bir sıra həbslər var. Bu da onu göstərir ki, dövlət bu prosesə çox həssas yanaşır”-deyə deputat vurğulayıb.

Ceyhun Məmmədov hesab edir ki, dini biliklər vətəndaşlara dövlət tərəfindən verilməlidir. Və dinin öyrədilməsi orta məktəblərdən başlanmalıdır.

“Orta məktəblərdə mütləq gənclərə dini biliklər verməlidir. Dinin daha geniş təbliği istiqamətində addımlar atmalıdır. Telekanallar da bu istiqamətdə verlişləri artırılmalıdır ki, biz gənclərimizi qoruya bilək. Çünki bu gün din özündə mənəviyyatı, mənəvi dəyərləri ehtiva etməklə yanaşı, eyni zamanda bir sıra hallarda dindən radikal və siyasi məqsədlərlə də istifadə olunur. Bu səbəbdən də biz çalışmalıyıq ki, daha geniş maarifləndirmə aparaq. Daha geniş təbliğat apararaq dini bilikləri, gənclərimizə özümüz verək. Belə olarsa, gənclərimizi zərərli təbliğat və təşviqatdan xilas edə bilərik”-deyə deputat vurğulayıb.

P.S. Azərbaycan müstəqilliyini əldə etdikdən sonra bir sıra ölkələr Azərbaycanda dini təhsil adı altında kurslar, təhsil mərkəzləri yaradaraq, gənclərə dini deyil, dini radikalizmi aşıladılar. Gənclərimizi dini təhsil adı altında müxtəlif ölkələrə göndərərək, onları Azərbaycanın, dövlətçiliyimizin əleyhinə yetişdirdilər. Məhz həmin dövrlərin yetirmələridir ki, bu gün Azərbaycanın təhlükəsizlik xidmətləri tərəfindən aşkarlanır, həbs edilir.

Dinin yanlış formada öyrənilməməsi üçün, gənclərin dini "YouTube" kanalları və müxtəlif ilahiyatçılardan öyrənməməsi üçün orta məktəblərdə din təhsili olmalıdır.

Məsələn qardaş Türkiyədə uşaqlara hər sinifdə din təhsili verilir. Din təhsili verilərkən onlara həqiqətlər öyrədilir. “Mütləq bu dinə etiqad etməlisən” əmri verilmir. Azadlıq verilir. Azadlıq verilən gənclik isə, həqiqətləri öyrənə-öyrənə öz yolunu düzgün şəkildə seçə bilir.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

Son xəbərlər
Bütün xəbərlər »