Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmran Xan dövlətdən 5,8 milyon dollar konpensasiya tələb edəcək
İmran Xan dövlətdən 5,8 milyon dollar konpensasiya tələb edəcək

Pakistanın keçmiş baş naziri İmran Xan korrupsiya, çirkli pulların yuyulması ilə bağlı qanunsuz ittihamlar, həmçinin həbsi ilə əlaqədar ona qarşı böhtan və nüfuzuna vurulan ziyana görə, 15 milyard rupi (5,8 milyon dollar) iddia qaldırmaq niyyəti barədə Milli Hesablama Bürosunun (MHB) rəhbərini xəbərdar edib.

Bizimyol.info xəbər verir ki, bu barədə İmran Xan cümə günü "Tvitter" hesabında yazıb.

“Mən MHB rəhbərinə rəsmi bildiriş vermişəm. Mənim həbsimlə bağlı order konstitusiyaya və qanuna zidd olaraq verilib. Ali Məhkəmənin binasında kobud zorakılıqla həyata keçirilən qanunsuz və əsassız həbs mənə böhtan atmaq məqsədi daşıyıb, nüfuzuma mənfi təsir göstərib. Ona görə də mənim diffamasiya işi açmağa tam haqqım var”, - deyə keçmiş baş nazir qeyd edib.

May ayında siyasətçi Pakistanın səhiyyə naziri Əbdül Qadir Patelin səhhətində problem olması ilə bağlı ona böhtan atdığına görə nazirə qarşı 10 milyard rupilik iddia qaldırmaq niyyətində olduğunu açıqlamışdı. Xan ondan üzr istəməsini və mayın 9-da həbs edilən zaman Xanın guya “spirtli içkinin təsiri altında, sərxoş vəziyyətdə olması və ondan götürülmüş analizlər onun daim narkotikdən istifadə etdiyini göstərir” iddiasının açıq şəkildə təkzib edilməsini tələb edib.

İmran Xan mayın 9-da MHB tərəfindən verilən iddia əsasında həbs edilib. Siyasətçi korrupsiya, ona və həyat yoldaşına məxsus "Əl-Qadir Trust" fondundan çirkli pulların yuyulmasında istifadə etməkdə ittiham olunub. Keçmiş baş nazir Xanın rəhbərlik etdiyi ölkə hökuməti dövründə Böyük Britaniyadan köçürülən 60 milyard rupi (təxminən 210,6 milyon dollar) məbləğində leqallaşdırıldığı üçün adı açıqlanmayan daşınmaz əmlak firmasından “milyardlarla rupi” almaqda ittiham olunub.

Onun həbsi böyük şəhərlərdə müxalifətin kütləvi nümayişlərinə səbəb oldu. Bu zaman onun partiyasının tərəfdarlarının polislə toqquşduğu, maşınları yandırdıqları və hərbi obyektlərə hücum etdikləri iddia edilir.

4 mindən çox nümayişçi saxlanılıb. 10 nəfər ölüb, 300-dən çox insan yaralanıb. Xan mayın 12-də zaminə buraxılıb. Onun həbsinə dair order iyunun 19-dək dayandırılıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »