Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
ABŞ ordusunda sınaq zamanı süni intellekt operatoru öldürmək istəyib
ABŞ ordusunda sınaq zamanı süni intellekt operatoru öldürmək istəyib

ABŞ-da simulyasiya testi zamanı süni intellekt (AI) tərəfindən idarə olunan Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçan aparat operatorun tapşırığını yerinə yetirmək səylərinə mane olmamaq üçün onu öldürmək qərarına gəlib.

Bizimyol.info xəbər verir ki, bu barədə cümə günü "The Guardian" məlumat yayıb.

“Sistem başa düşməyə başladı ki, təhlükə müəyyən etsə də, bəzən insan operator ona bu təhlükəni məhv etməməyi əmr edir, lakin hədəfi vurduğu üçün xal alır. Və sistem operatoru öldürmək qərarına gəlib, çünki o, onun tapşırığı yerinə yetirməsinə mane olan müdaxilələr edib", - ABŞ Hərbi Hava Qüvvələrinin süni intellekt sınaqları və əməliyyatları üzrə rəhbəri polkovnik Taker Hamilton bildirib.

O, həmçinin əlavə edib ki, süni intellekt haqqında susursa, onun etiraz, müqavimət göstərmək barədə "hissləri" ilə ehtiyatlı olamq, ümumiyyətlə, maşına tam azadlıq verilməsindən danışmaq olmaz: "Döyüşdə təkcə düşməni müəyyən edib yox etmək hissi deyil, həm də özünü və ətrafındakıları qorumaq düyğusu əsas alillərdən biri hesab edilir. "Dəmir döyüşçü"lərdə hələ bəzi amillərin çatışmazlığının olduğu aşkarlanır",- deyə o qeyd edib.

Bu, ABŞ ordusunun döyüş maşınına süni intellekt tətbiq etdiyi ilk sınaqlar deyil. Belə ki, onlar bu yaxınlarda "F-16" qırıcısını idarə etmək üçün süni intellektdən istifadə ediblər.

Əvvəllər həm siyasətçilər, həm də ən böyük şirkətlərin rəhbərləri süni intellekt sahəsində tənzimləmənin gücləndirilməsini tələb edirdilər. Aprel ayında İlon Mask demişdi ki, süni intellekt sahəsində dövlət nəzarətini həyata keçirmək lazımdır, çünki bu texnologiya insanlar üçün təhlükə yarada bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »