Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Stoltenberq: NATO ölkələri silah istehsalını artırmalıdırlar
Stoltenberq: NATO ölkələri silah istehsalını artırmalıdırlar

NATO-nun baş katibi Yens Stoltenberq hesab edir ki, NATO ölkələri silah istehsalını artırmalıdırlar, çünki Kiyevə tədarüklər səbəbindən silah ehtiyatları tükənir.

Bizimyol.info xəbər verir ki, bu barədə Stoltenberq "Bloomberg"ə müsahibəsində bildirib.

“NATO müttəfiqlərinin Ukraynaya dəstək vermək üçün ehtiyatları tükənir, ona görə də yeni hədəflərə çatmaq üçün hasilatı artırmalıyıq”, - deyə o qeyd edib. Baş katib alyans üzvlərini müqavilələri imzalamağa çağırıb, çünki o zaman sənayeyə investisiya qoymağa və hasilatı artırmağa hazır olacaqlar.

Agentliyin qeyd etdiyi kimi, NATO ölkələri iyulun 11-12-də Vilnüsdə keçiriləcək sammit zamanı həm Kiyevə yardımı davam etdirmək, həm də öz ehtiyacları üçün hasilatın artırılması və birgə satınalmaların sürətləndirilməsi üzrə fəaliyyət planını razılaşdırmağa hazırlaşır.

Bir müddət əvvəl Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell bildirmişdi ki, Avropa İttifaqı da Ukraynaya silah verməklə öz hərbi ehtiyatlarını tükəndirir.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir ötən il fevralın 24-də Ukraynaya "xüsusi hərbi əməliyyat" adı altında müharibə elan edib. Bundan sonra Qərb Moskvaya qarşı genişmiqyaslı sanksiyalar tətbiq etməyə və Kiyevə silah tədarükünü milyardlarla dollar səviyyəsində artırmağa başlayıb.

Putin xəbərdarlıq edib ki, Kiyevə silah tədarükü ciddi problemlər yaradır: təkcə atıcı silahlar deyil, həm də "daha güclü məhvetmə vasitələri, o cümlədən daşınan hava hücumundan müdafiə sistemləri, yüksək dəqiqlikli silahlar" Ukrayna ərazisindən başqa ölkələrə gedə bilər.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »