Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Kiyevə 30-dan çox raketlər və "Şahed" PUA-ları ilə hücum edib
Rusiya Kiyevə 30-dan çox raketlər və "Şahed" PUA-ları ilə hücum edib

İyunun 2-nə keçən gecə Rusiya Federasiyası Ukraynanın paytaxtına növbəti kütləvi raket hücumu həyata keçirib. Hava hücumundan müdafiə qüvvələri düşmənin 30-dan çox hava hədəfini məhv edib.

Bizimyol.info xəbər verir ki, bu barədə Kiyev şəhər Hərbi Administrasiyasının "Telegram" kanalındakı mesajında ​​deyilir.

Kiyev müxtəlif istiqamətlərdən raketlər və eyni vaxtda PUA-ların hücumuna məruz qalıb, ilkin məlumatlara görə, bunlar "Şahed" mərmiləri olub: "Raket buraxılışları Xəzər regionundan "Tu-95MS" strateji bombardmançı təyyarələrindən, ehtimal ki, "X-101/555" qanadlı raketləri ilə həyata keçirilib. Eyni zamanda, müxtəlif istiqamətlərdən Kiyev PUA-ların hücumuna məruz qalıb, ilkin məlumatlara görə - bunlar İran istehsalı olan "Şahed" döyüş sursatları olub", - mesajda ​​deyilir.

İlkin məlumata görə, hava hücumundan müdafiə qüvvələri və vasitələri ilə Kiyev şəhəri üzərində, eləcə də Kiyev ətrafında hava məkanında müxtəlif təyinatlı 30-dan çox hava hədəfi aşkar edilərək məhv edilib. Dağıntı və tələfat barədə məlumatın olmadığı bildirilir.

Öz növbəsində Kiyevin meri Vitali Kliçko bildirib ki, Kiyevdə aviareyd zamanı xilasetmə xidmətlərinə və həkimlərə edilən çağırışlar qeydə alınmayıb.

"Eyni zamanda, paytaxtın Darnitski rayonunda həyəcan siqnalından sonra yolda yanan raket parçaları tapılıb. Dərhal hadisə yerinə xilasedicilər və yanğınsöndürənlər cəlb olunub. Həmçinin Podolsk vilayətində dağıntıların düşməsi nəticəsində ot örtüyündə yanğın baş verib. Xidmətlər işləyir", - Vitali Kliçko Telegram kanalında yazıb.

Qeyd edək ki, son həftələr Rusiya qoşunları müxtəlif tipli raketlər və PUA-lardan istifadə etməklə Kiyevə zərbələrini xeyli artırıb. Belə ki, iyunun 1-nə keçən gecə Kiyevin Desnyanski rayonuna Rusiya raketinin fraqmentləri düşüb. Orada biri uşaq olmaqla 3 nəfər ölüb, on nəfər yaralanıb (yaralananlar arasında uşaq da var). Paytaxtın Dneprovski rayonunda da qurbanların olduğu bildirilir.

Ukrayna müdafiəçiləri düşmənin Kiyevə atılan bütün hava hədəflərini məhv ediblər: yeddi “İsgəndər-M” raketi və üç “İsgəndər-K” raketinin hədəfə çatmasına Ukrayna ordusu "icazə" verilməyib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »