Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp: Rusiya və Ukrayna müharibəsini dayandırmağın ən qısa yolunu bilirəm
Tramp: Rusiya və Ukrayna müharibəsini dayandırmağın ən qısa yolunu bilirəm

ABŞ-ın keçmiş respublikaçı prezidenti Donald Tramp yenidən prezident olacağı təqdirdə Rusiya ilə Ukrayna arasında birbaşa danışıqları təşkil edəcəyini bildirib.

Bizimyol.info xəbər verir ki, siyasətçi bu barədə "Fox News"a müsahibəsində bildirib.

"Hərbçilərimizin döyüş sursatı yoxdur, biz böyük miqdarda, demək olar ki, hamısını Ukraynaya təhvil vermişik. İnsanlara kömək edəcəyik, amma müharibəni dayandırmaq istəyirəm, davam etməsini istəmirəm. Mən prezident seçildikdən sonra 24 saat ərzində bu müharibəni dayandıracağam", - deyə AŞB-ın keçmiş prezidenti bildirib.

“Mən hər ikisini tanıyıram. Mən onunla - Ukrayna prezidenti Vladimir Zelenski ilə anlaşacağıma inanıram, Rusiya prezidenti Vladimir Putinlə də anlaşıram”, - deyə Tramp qeyd edib.

“Mən onları danışıqlar üçün otağa dəvət edəcəm. Mən bir nömrəli doğru yolu bilirəm. Hər birinə deyirsən ki, razılaşma olana qədər dünyanın heç bir ölkəsindən heç nə ala bilməyəcəksən. 24 saat ərzində bütün bunlar həll olunacaq”, - deyə prezidetliyə namizəd bildirib.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »