Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bayden Ağ Evin qarşısında başını helikopterin qapısına çarpıb
Bayden Ağ Evin qarşısında başını helikopterin qapısına çarpıb

ABŞ prezidenti Co Bayden cümə axşamı axşam Koloradodan Vaşinqtona qayıdarkən helikopterdən çıxarkən başını uçağın qapısına vurub.

Bizimyol.info xəbər verir ki, Rusiya mətbuatının verdiyi məlumata görə, hadisə ABŞ liderinin helikopterinin Ağ Evin cənub çəmənliyinə enişindən sonra baş verib.

Çəmənliyə enmiş helikopterdən çıxarkən prezident qapının hündürlüyünü nəzərə almadığı üçü başı "dəmir quş"un qapısına dəyib. Dövlət başçısı bunu büruzə vermək istəməsə də, hadisə mətbuat nümayəndələrinin gözündən yayınmayıb.

ABŞ administrasiyasının rəhbəri jurnalistlərin ona qışqırdığı, o cümlədən özünü necə hiss etdiyi ilə bağlı suallara cavab verməkdən imtina edib. "Heç bir problem yoxdur", - deyən Bayden jurnalislərin başqa suallarına cavab vermədən iqamətgaha daxil olub.

Bayden Hərbi Hava Qüvvələri Akademiyasının buraxılış mərasimində qum torbasının üzərində səhnəyə çıxması ilə bağlı zarafat edib.

Bundan əvvəl Amerika liderinin mətbuat katibi Karine Jan-Pyer jurnalistləri əmin edib ki, Bayden ABŞ Hərbi Hava Qüvvələri Akademiyasının səhnəsində yıxıldıqdan sonra xəsarət almayıb. Amerika liderinin iştirak etdiyi buraxılış mərasimi təxminən 3,5 saat davam edib və akademiyanın 920 məzunu iştirak edib.

2021-ci ilin martında Bayden Gürcüstana uçmazdan əvvəl prezident təyyarəsinin enişinə sürətlə qalxmaq istəyərkən iki dəfə büdrəyib və dizi üstə yıxılıb.

80 yaşlı demokrat Baydenin səhhəti ilə bağlı problemin olub-olmaması Konqresdəki Respublikaçılar tərəfindən dəfələrlə soruşulub.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »