Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Trampın daha bir rəqibi, onun keçmiş müavini Mayk Pens olub
Trampın daha bir rəqibi, onun keçmiş müavini Mayk Pens olub

ABŞ mətbuatında yer alan xəbərlərə görə, ABŞ-ın keçmiş prezidenti Donald Trampın vitse-prezidenti Mayk Pens iyunun 7-də Ayova ştatında edəcəyi çıxışda gələn il keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini açıqlayaraq prezidentlik kampaniyasına başlayacaq.

Bizimyol.info xəbər verir ki, ekspertlərin fikincə, “keçmiş müdiri”nə rəqib olacaq Pens, anketlərdə Tramp və Respublikaçı namizəd Ron DeSantisdən sonra ən populyar ad olaraq qəbul edilir.

Bununla belə, "Morning Consult"un mayın 26-28-də keçirdiyi sorğuya əsasən, respublikaçı seçicilərin 56 faizi Trampı, 22 faizi DeSantisi dəstəkləyib, Pensin namizəd olmasını istəyənlər isə 5 faiz səviyyəsindədir.

Respublikaçılar Partiyasından namizədliyini artıq elan edən digər adlar arasında ABŞ-ın BMT-dəki keçmiş daimi nümayəndəsi Nikki Heyli, gənc multimilyonçu Vivek Ramasvami, iş adamı Perri Conson, mühafizəkar qaradərili radio aparıcısı Larri Elder, senator Tim Skott və siyasətçi Asa Hatçinson var.

Demokratlar Partiyasından prezident Co Bayden, keçmiş ABŞ prezidenti Con Kennedinin qardaşı oğlu Robert F.Kennedi Jr. və yazıçı Marianne Villiamson namizədliyini rəsmən elan edib.

"Amerika şöhrətinin yenidən doğulması" şüarı ilə marafona qoşulan Florida qubernatoru Ron DeSantis Respublikaçılar Partiyasının namizədi olmaq üçün ilk olaraq seçki kampaniyasına başlayıb.

Amerikanın keçmiş prezidenti Donald Trampın ən böyük rəqibi kimi göstərilən DeSantis, Amerikanın süqutunun qarşısını almaq olar və onun alternativ olduğunu söylədi. "Ölkəmiz yanlış istiqamətdə gedir. Biz bunu görür və hiss edirik. Amerikanın geri dönüşü Co Baydeni zirzəmisinə göndərməklə başlayır", - deyə DeSantis ilk müraciətində qeyd edib.

Hal-hazırda səsvermədə Trampdan sonra ikinci olan DeSantis seçki kampaniyasına internetdə verdiyi açıqlama ilə başlayıb.

Qadir, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »